İmişlidə 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı bəzi detallar məlum olub.
Baku TV-nin əməkdaşları azyaşlının ailəsində olub.
Bildirilib ki, Günay Şükürova 27 oktyabr tarixində qızını götürərək, qayınatası evinə gəlib və orada bildirib ki, qızının qarnına su yığılıb, onu həkimə aparmaq lazımdır.
Bundan sonra azyaşlının nənəsi Sənubər xanım qızını götürərək, həkimə gediblər və orada məlum olub ki, 11 yaşlı qız 31 həftəlik hamilədir.
Araşdırma zamanı məlum olub ki, 11 yaşlı qızın anası Günay Şükürovanın həyat yoldaşı Şamxal Şükürov bir neçə il əvvəl vəfat edib. Bundan sonra qadın rayon sakini Qurban Fərəcov adlı şəxslə qeyri-rəsmi birgə yaşamağa başlayıb. Dəhşətli hadisə də bundan sonra baş verib.
"O, bir il beş ay bizdə qaldı, burada söz-söhbət olmadı. Getdi atasının evinə, mənim sinif yoldaşım Qurban ona elçi getdi, aldı. Yaxın vaxtlarda bilmişik ki, qızı zorlayıb. Dünən uşaq dünyaya gətirib. İndi uşağın harada qalması sual altındadır. Ana tərəfi istəmir, ata tərəfi istəmir", - bu sözləri qızın əmisi Sabutay Şükürov bildirib.
Araşdırma zamanı o da məlum olub ki, Q.Fərəcov azyaşlını bir neçə dəfə zorlayıb.
S.Şükürov qeyd edib ki, anası bilərəkdən hadisəni gizlədib.
Qeyd edək ki, faktla bağlı İmişli Rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.
11 yaşlı qızın kimdən hamilə qaldığı məlum oldu - TƏFƏRRÜAT
Tarix: 30-10-2021 | Saat: 10:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
2788 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-10-2021 | Saat: 10:39
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-04-2016, 22:34
Metro istifadəçilərinin nəzərinə
14-04-2018, 11:57
"Buffon karyerasını vaxtında başa vursaydı, hörmətsizlik görməzdi"
24-02-2023, 17:20
Bakıda qadını qaçıran şəxslər saxlanıldı - RƏSMİ (YENİLƏNİB)
7-02-2017, 13:11
Rusiya əleyhinə növbəti QƏTNAMƏ - Bu dəfə ABŞ Konqresində
3-11-2020, 19:16
Müharibə Ermənistanı iflasa aparır - Rusiya KİV
17-11-2022, 13:07
İstanbulda terror törədən şəxs əmri kimdən aldığını açıqladı
16-05-2015, 21:01
Tərlan Əhmədov: Bir neçə oyunçudan imtina etməli olacam
7-07-2016, 01:09
V ixtisas qrupuna keçirilən imtahanların nəticələri açıqlandı
7-05-2015, 19:29
Putin İlham Əliyevi təbrik etdi
6-06-2016, 15:57
NATO orduları ilk dəfə Finlandiyaya girdi