III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir.
Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"nda dəyişiklik edilməsi haqqında" Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq (regionlar üzrə)" ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.
Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən "Beynəlxalq münasibətlər" və "Regionşünaslıq" ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.
Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.
Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir
Tarix: 27-10-2021 | Saat: 10:22
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Xəbəri paylaş
6228 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 27-10-2021 | Saat: 10:22
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
27-10-2016, 12:30
Serenayın Bakıdakı geyimi başına bəla oldu - Fotolar
15-06-2017, 10:24
Dondurmanın içindən toyuq sümüyü çıxdı - Bakıda - VİDEO
24-11-2015, 00:30
Qadınla inəyi səhv saldı, İnəklə evlənmək məcburiyyətində qaldı
16-11-2015, 12:18
"G-20" sammitində kameralara düşən qəribə adam - VİDEO
19-05-2016, 11:33
Lukaşenkodan Qarabağ açıqlaması
11-02-2017, 19:00
Suriyada 650 terrorçu öldürüldü - Bir qəsəbə azad olundu
28-12-2019, 21:52
Bayramla əlaqədar qoruqların iş günləri açıqlandı
10-06-2017, 10:59
Pişikotunun (valeryan) bilmədyiniz çoxsaylı faydaları
22-03-2017, 11:11
Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI açıqlandı
13-06-2015, 13:21
Bakı-2015: Güləşçilər mübarizəyə başladılar – CANLI