Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu məktəbdə şagirdlərdən yox, müəllimlərdən PUL YIĞILIR... - NARAZILIQ!
Tarix: 22-10-2021 | Saat: 09:26
Bölmə:Karusel / Hadisə / Təhsil | çapa göndər


Sumqayıt şəhər internat tipli gimnaziyanın direktor əvəzi Dilarə Şəfiyeva gimnaziyada təmir işləri aparmaq üçün müəllimlərdən pul tələb edib.

Bu barədə gimnaziyadan daxil olan şikayətdə bildirilib.

“Direktor gimnaziyaın divarlarının boyanması üçün müəllimlərdən bu həftə ərzində 20 manat pul vermələrini tələb edir. Dilarə Şəfiyevanın psixoloji vəziyyəti yerində deyil. Davranış və danışığını idarə edə bilmir. Müəllimlərin dərsləri diaqnostik qiymətləndirməyə əsasən topladıqları bala uyğun olaraq bölünməlidir. Direktor əvəzi isə bunu nəzərə almadan istədiyi formada dərsləri bölür. Bununla bağlı müəllimlər Təhsil Nazirliyinə də şikayət edib. D.Şəfiyeva direktor müavini işləmədən birbaşa direktor əvəzi keçirilib. Heç bir vəzifə səlahiyyətlərindən xəbəri yoxdur. Gimnaziyanı qanunlara uyğun şəkildə deyil, öz istədiyi şəkildə idarə edir. Müəllimləri direktor kimi təsdiqləndikdən sonra görəcəyi işlərlə bağlı hədələyir”.

Təhsil Nazirliyindən saytımıza bildirilib ki, məsələ aidiyyəti üzrə araşdırılacaq.


Xəbəri paylaş

3868 dəfə oxunub.

Digər xəbərlər
26-04-2016, 21:15 Neymar qərarını verdi

bütün xəbərlər
____ Instagram ___