"Meyxanaçı Cavid Babaşovun (Sumqayıtlı) siyasi qafiyələrə görə həbs olunması ilə bağlı yayılan iddialar yalandır, əsassızdır".
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.
"Və iddia olunur ki, bir neçə il əvvəl dediyi hansısa qafiyəyə görə, cəzalandırılır. Doğrudanmı, bu iddiaları yayanlar o qədər təəssübkeşdir? Bu təəssübkeşlər məhkəmə prosesində iştirak edib, istintaq materialları tanış ola bilər. Halbuki o, istintaqa öz əməlini etiraf edib. Cavid Babaşov narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi üçün cari ilin may ayında Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb edilib.
Üzərinə baxış keçirilən zaman 206 qram narkotik vasitə heroin və elektron tərəzi aşkar edilib.
Cavid Babaşova Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham elan edilib və o, təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib. Onun əməli istintaqla tam sübuta yetirilib. Onun cinayət işi üzrə istintaq hərəkətləri sona çatıb və iş baxılması üçün məhkəməyə göndərilib", - E.Hacıyev bildirib.
Sumqayıtlı meyxana ustası siyasi qafiyəyə görə həbs edilb? - DİN-dən açıqlama
Tarix: 19-10-2021 | Saat: 14:41
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər
Xəbəri paylaş
3608 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 19-10-2021 | Saat: 14:41
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
23-11-2022, 11:53
Hər gün hil əlavə olunmuş su için. Sağlamlığa inanılmaz FAYDALAR
24-06-2015, 12:08
"ASAN xidmət" BMT-də təltif olunacaq
18-10-2020, 12:52
Sabiq Baş Nazir Prezidentə məktub göndərdi
22-12-2021, 10:33
Qubada 25 santimetr qar yağıb, temperatur mənfi 8 dərəcəyə düşüb - VİDEO
15-06-2015, 13:46
Ermənistanda rus hərbçinin meyiti tapıldı
31-10-2015, 13:12
Elnarə Hindistanda çəkdirdiyi klipini təqdim edib - VİDEO
19-09-2022, 16:31
Bakıda dəhşətli "Prius" qəzasında həlak olan şəxslərlə bağlı DETALLAR - Ər-arvad... - FOTO
2-07-2015, 10:06
"Toyota" qaldırıcı krana çırpıldı: 2 nəfər yaralandı
24-03-2022, 12:11
Müştərinin haqqını BELƏ YEYİRLƏR... - GİLEY
29-02-2016, 15:56
“Putin o xəbəri eşidəndə çox hiddətlənib, generalları toplayıb...”