Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qeyrətim buna yol vermir, ondansa ölsə, yaxşıdı…
Tarix: 15-08-2015 | Saat: 20:40
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Qeyrətim buna yol vermir, ondansa ölsə, yaxşıdı…

Xuraman Hüseynzadə


Dubayda gənc qız suda boğulurmuş. Xilasedicilər gəlib köməyə. Amma qızın atası deyib ki, bəs qızıma yad kişilərin əli dəyməməlidi, mənim qeyrətim buna yol vermir, ondansa ölsə, yaxşıdı…

Qısqanclığın hər növü haqda eşitmişdik, bunu bilmirdik. İndi bu ataya nə deyirlər görəsən? Qeyrətindən danışırlar, yoxsa övlad qatili olmasından?

Ötən həftənin müzakirə predmetinə çevrilən bu olaya bir universitet müəllimi belə münasibət bildirdi: “Adı əxlaqsızlıqla assosiasiya olunan ölkədə belə bir hadisənin baş verməsi təəccüblüdü. Bu, qeyrətli olmağa yox, cahilliyə dəlalət eləyir. Nə qədər qadın Dubaya əxlaqsızlıqla məşğul olmağa gedir?! Elə qeyrətlidilər, getsinlər, ölkələrini əxlaqsızlıq yuvası olmaqdan xilas eləsinlər.”

Xeyransanı xatırladım… Dubaya dadanandan Xana eləmişdi adını. Bir dəfə qonşu qadınlar deyib, Ay Xana bacı, gedirik dənizə. Gedirsən, sən də gəl. Deyib, booy, nə danışırsız, dənizə getsəm ərim öldürər e məni…

Məhlə, lətifəyə çevirmişdi bunu.

***

Qısqanclıq üstündə törədilən qətllərin motivinə fikir verdikdə məlum olur ki, əksər qatilin psixoloji problemi var. Psixi problemi olan belə bir qatil haqda oxudum bu yaxınlarda. Adam, yuxuda görür ki, arvadı qonşu kişi ilə yatır. Başlayır güdməyə arvadını. Vaxt tapıb qonşusunu da güdür. Amma bihudə… Zaman keçir, zavallı qadını günahsız qonşu ilə tuta bilmir ki, bilmir. Sonra hallüsinasiyalardan, qısqanclıqdan bezir və həmin dubaylı kişi kimi qeyrətə gəlib öldürür arvadını.

Folknerin “Qısqanclıq” hekayəsində Antonionun timsalında ifrat qısqancların əslində dəli olduğunu görürük. Bu qısqanclıq da faciə ilə sonuclanır. Dəliliyin qurbanına çevrilən ofisiant, qısqanc Antonionu məzəmmət eləyir: “Əgər o qadın kimisə özünə cəlb edirsə, hər halda o adam mən deyiləm. Bunu ona görə sənə deyirəm ki, mənim ona yazığım gəlir. Hər gün sənin kimisinin şıltaqlığına dözən başqa bir qadına da mənim yazığım gələrdi.”

Psixoloqlara, psixiatrlara bütün bəşəriyyətin ehtiyacı var. İnsanların və insanlığın xilası həm də onların əlindədi…


Xəbəri paylaş

8538 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___