Dəhşətli qəzanı törədən sürücünün - Fotoları
Tarix: 13-10-2021 | Saat: 17:03
Bölmə:Karusel / Gündəm / Hadisə / Foto-fakt | çapa göndər
Bu səhər saatlarında yuxulu vəziyyətdə sərnişin avtobusuna çırpılaraq 5 nəfərin ölümünə səbəb olan yük maşınının 19 yaşlı sürücüsü Mahmud Əzizovun fotoları yayılıb.
Əzizov Mahmud Babagözəl oğlu Qobustan rayonunun Ərəbşalbaş kənd sakinidir. 2 il əvvəl tələbə adını qazanan 19 yaşlı Mahmud Əzizov qəza törətdiyi 99-DH-343 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı yük avtomobilini bu ilin yanvar ayından idarə edir.
Rəsmi açıqlamaya görə, qəza nəticəsində yol kənarında dayanmış Bakı şəhər sakinləri Məhiyəddin Abdullayev, İlham Aslanov, İradə İsgəndərova və Mehbarə Yaqubova, eləcə də, avtobusdakı sərnişinlərdən Kəmalə Babayeva hadisə yerində həlak olub, 25 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Onlardan 8-i ilkin tibbi yardım aldıqdan sonra evlərinə buraxılıb, 17 nəfərin müalicəsi isə davam edir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Hadisəni törətməkdə şübhəli bilinən yük avtomobilinin sürücüsü M.Əzizov həbs edilib.
Xəbəri paylaş
5938 dəfə oxunub.
Digər xəbərlər

22-01-2017, 17:39
“Neft Daşları”nda Neftyığma Məntəqəsi istismara verilib
6-05-2016, 23:28
Güləşçimiz ermənini uddu: Lisenziya qazandı
4-11-2015, 12:03
Əli Şaxtaxtinski intihar edib - YENİLƏNİB
16-08-2017, 11:51
Yaqub Eyyubovla Zakir Həsənov cəbhədən Ermənistana mesaj verdi
9-01-2018, 11:17
Balqabaq şirəsinin BİLİNMƏYƏN FAYDALARI
25-05-2022, 12:31
Qubaya 14 sm qar yağıb - VİDEO
2-11-2016, 12:02
Xoşqədəmin milyonluq VİLLASI... - FOTOLAR
7-05-2016, 11:18
Kadırov status yazdı, 4 hakim istefaya getdi
14-07-2018, 12:08
Usubov Gəncə hadisələrinə görə şöbə rəislərini topladı
11-07-2015, 02:57
Azərbaycanın işıqforu olmayan rayonu- Video