Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Siniflər bir-bir bağlanır... - Azərbaycanda məktəblər yenidən qapanmaya gedir?
Tarix: 09-10-2021 | Saat: 10:44
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər



"Son günlər bəzi orta ümumtəhsil məktəblərində şagirdlər arasında virus əlamətləri müşahidə edildiyinə görə siniflər qapanmaya gedib”.
Bunu açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. O qeyd edib ki, pandemiya dövründə tədrisin açılması zamanı ilk vaxtlar yoluxma halları daha çox idi:
"Azərbaycanda artıq 15 günə yaxındır məktəblərdə dərs gedir, eyni zamanda 29 sentyabrdan ali təhsil müəssisələrində tam tədris bərpa edilib. Bu da birmənalı şəkildə yoluxmaya öz təsirini göstərməlidir, qaçılmaz idi. Amma vəziyyət təhlükəli həddə deyil. Düzdür, insanlar haqlı narahatdırlar. Lakin bu heç də o demək deyil ki, biz yenidən qapanmaya gedəcəyik. Çünki ölkədə yoluxub immunitet qazanan insanların, eyni zamanda vaksin olunan insanların sayı kifayət qədərdir”.
Müsahibimiz qeyd edib ki, yoluxanlar arasında çox az faiz insan təhsil sahəsində çalışır:
"Birmənalı şəkildə tədrisin qapanacağına inanmıram. Belə gözləntim yoxdur. Biz onlayn tədrisi keyfiyyətli təşkil edə bilməmişik. Bu, təkcə bizdə belə deyil, bütün dünyada belədir. Hansı məktəblərdə və siniflərdə yoluxma müşahidə ediləcəksə, onlar distant təhsilə keçəcək, digərlərində isə bağlanma gözlənilmir. Hazırda narahatedici durum yoxdur”.


Xəbəri paylaş

3258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___