Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dənizdə 40 miqrant boğularaq öldü
Tarix: 15-08-2015 | Saat: 19:55
Bölmə:Karusel / Dünya / Fotogalereya | çapa göndər

Dənizdə 40 miqrant boğularaq öldü
400-ə yaxın insanın olduğu gəmidə xilasetmə işləri davam etdirilir.
Aralıq dənizində miqarantları daşıyan gəmi qəzaya uğrayıb. Hadisə Aralıq dənizinin Liviya ilə İtaliya arasındakı ərazisində qeydə alınıb.

Xeberaz.az Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə İtaliya Hərbi Dəniz Qüvvələrinin "Twitter" səhifəsində məlumat paylaşılıb.

Səhifədəki statusda batan gəminin içindəki şəxsləri xilas etmək üçün əməlliyyat aparıldığını, buna baxmayaraq 40 nəfər dünyasını dəyişdiyi bildirilir. İtaliya mətbuatının verdiyi xəbərə görə, gəmidə təxminən 400-ə yaxın miqrant olub və onlardan çoxunun həyatının xilas edilməsi istiqamətində işlər aparılır.

Bölgədə xilasetmə işləri davam etdirilildiyi, ölənlərin sayının artma ehtimalı olduğu da gələn xəbərlər arasındadır.

Beynəlxalq Miqrasiya Təşkilatının xəbərinə görə, bu ilin əvvəlindən Aralıq dənizi vasitəsilə Avropaya gəlməyə cəhd göstərən təqribən 188 min miqrant xilas edilib, bu il ərzində dənizdə batan miqrantların sayı isə 2 min nəfəri keçib.


Xəbəri paylaş

6718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___