Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda bu dayanacaqdan avtobus keçmir - VİDEO
Tarix: 06-10-2021 | Saat: 09:03
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda bu dayanacaqdan avtobus keçmir - VİDEO 


Bakıda dayanacaq olan ərazidən sərnişin avtobusu keçmir. Sıx məskunlaşma olan ərazidə insanlar əməlli-başlı əziyyət çəkirlər.
Xeberaz.az "xezerxeber.az"-a istinadən xəbər verir ki, söhbət Sabunçu rayonu, "Albalılıq-1" adlanan yaşayış massivindən gedir.
Ərazidə yaşayanlar bildirirlər ki, uzun illərdir buraya avtobus işləmir. Nəticədə insanlar işləri üçün çıxarkən ya kilometrlərlə piyada getməli, ya da taksiyə minməlidirlər.
Üstəlik, həmin ərazidəki orta məktəbin uzaqda olması valideynləri və məktəbliləri daha da əziyyətə salır. Şagirdlər ya məktəbə gecikirlər, ya da valideynləri əlavə xərcə düşüb, taksi sifariş etməli olurlar.
Sakinlərin istəyi onlar üçün marşrutun ayrılması və mövcud problemin həll edilməsidir.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev bildirib ki, sakinlərin müraciəti nəzərə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən ərazidə araşdırma aparılacaq. Orada ictimai nəqliyyata tələbat tam araşdırıldıqdan sonra alınan qərara uyğun addım atılacaq.










Xəbəri paylaş

4528 dəfə oxunub.

Digər xəbərlər
25-11-2022, 10:45 Vatsapda 2 yeni funskiya

bütün xəbərlər
____ Instagram ___