Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Facebook" və "WhatsApp"dan istifadəçilərinə VACİB MÜRACİƏT
Tarix: 05-10-2021 | Saat: 09:12
Bölmə:Karusel / Texnologiya | çapa göndər

"Facebook" və "WhatsApp"dan istifadəçilərinə Ötən gün "Facebook" sosial şəbəkəsində 6 saatdan çox davam edən problemlər nəticəsində istifadəçilərin heç bir məlumatının sızması qeydə alınmayıb.
Bu barədə "Facebook" şirkətinin yaydığı açıqlamada deyilir.
Açıqlamada bildirilir: "Bu fasilə nəticəsində istifadəçi məlumatlarının sızmasına dair heç bir sübutumuz yoxdur".
Qeyd edilir ki, sosial şəbəkənin işində problem məlumat mərkəzləri arasında trafik mübadiləsini əlaqələndirən marşrutlaşdırıcıların konfiqurasiyasındakı uğursuz dəyişikliklər səbəbindən meydana gəlib:
"Mühəndislərimiz məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan əsas marşrutlaşdırıcıların konfiqurasiyasındakı dəyişikliklərin bu əlaqəni pozan problemlərə səbəb olduğunu təyin ediblər".
Eyni zamanda "WhatsApp" mesencerinin fəaliyyəti də tam bərpa edilib. Bu barədə özünün "Twitter" səhifəsində sosial şəbəkənin baş direktoru Uill Ketkart yazıb:"Hazırda biz tam bərpa olduq və işləyirik".
Baş direktor problemlərin aradan qaldırılmasına yardım edənlərə də təşəkkürünü bildirib.
Xatırladaq ki, ötən gün "Facebook", "İnstagram" və "WhatsApp" 6 saatdan çox işləməyib.



Xəbəri paylaş

3248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___