Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda qadın qızı ilə birləşib ərini öldürdü - TƏFƏRRÜATLAR
Tarix: 05-10-2021 | Saat: 09:11
Bölmə:Karusel / Hadisə | çapa göndər


Bakıda qadın qızı ilə birləşib ərini öldürdü - TƏFƏRRÜATLAR - VİDEO 
Bakıda ağır cinayət olub. 39 yaşlı kişi küt alətlə döyülərək öldürülüb. Cinayətin mərhumun həyat yoldaşı və qızı tərəfindən törədildiyi iddia olunur.
Ana qızı ilə əlbir olub həyat yoldaşını öldürməkdə ittiham olunur.
Ağır cinayət paytaxtın Sabunçu rayonu Balaxanı qəsəbəsində baş verib. Rahib Qədimov küçəsi 26 ünvanında yaşayan 39 yaşlı Vüqar Eyyubovun intihar etməsi ilə bağlı rayon polis idarəsinə məlumat daxil olub.
Hadisənin intihar və ya qətl olduğunu araşdırmaq üçün dərhal rayon hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəlib, meyitə baxış keçiriblər. Meyit müayinə üçün məhkəmə tibbi ekspertiza və pataloji anatomiyə birliyinə aparılıb.
Bu işdə şübhəli kimi Vüqarın həyat yoldaşı Mahirə Eyyubova və 17 yaşlı qızı saxlanıb. Qonşuların sözlərinə görə, Vüqar Eyyubov narkotik maddə aludəçisi olub. Bu səbəbdən də ailədə tez-tez dava olurmuş. İddialara görə, Vüqar Eyyubov həmin günü həyat yoldaşından narkotik maddə almaq üçün pul tələb edib. Elə hadisə də bu zaman olub.
Hadisədə şübhəli bilinən Mahirə Eyyubova və qızı saxlanıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbəri paylaş

3088 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___