Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövşanə - “Kişi simic oldu, apar qaytar”
Tarix: 05-10-2021 | Saat: 09:02
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

Kişi simic oldu, apar qaytar...
Bunu açıqlamasında tanınmış aparıcı Rövşanə Ağasəfqızı "ailədə büdcəyə nəzarət"lə bağlı suala cavab olaraq bildirib.
Aparıcı kişilərlə bağlı qalmaqallı fikirlər səsləndirib:
"Belə fikir var ki, pulu qazanmaq asan, xərcləmək çətindir. Baxırsan, qadın var, gəlirini-çıxarını düzgün bölə bilmir: üst-üstə geyimlər, soyuducusunda yeyinməyəcək və istifadə olunmayacaq ərzaqlar. Qarderobda bir-birinə bənzəyən geyim dəstləri, oxşar ayaqqabılar... Nə olub, məgər dünyanın axırıdır? Yavaş-yavaş xərclə də... Mənə elə gəlir ki, hər bir qadın yığımcıl və yaxşı mənada bir az simic olmalıdır. Amma mütləq ehtiyatı olsun gərək. Kiməsə borca getməsin. Möhtac qalmasın. Eləsi var ki, var-yoxunu qoyur, bəhsə-bəhs kreditə girir, filankəsdə var, məndə də olsun. Bunun bir adı var: Görməmişlik. Həmişə pul qazanmaq olmur, bunu unutmaq olmaz.
Kişilərə gəlincə, səxavət onların üzünü ağ edən cəhətlərdən biridir. Kişi simic oldu, apar qaytar... Əliaçıqlıq kişiyə yaraşıq verir. Kişi xərcləsin, qadın yığsın. Əlini cibinə aparmayan kişidən adama ər olmaz. Pul xərcləməyə tək pul yox, həm də ürək lazımdır. Ürəksiz kişidən sevgi, ruh-filan da gözləməyin".




Xəbəri paylaş

3148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___