Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“WhatsApp”, “Instagram” və “Facebook” niyə çökdü?
Tarix: 05-10-2021 | Saat: 08:57
Bölmə:Karusel / Gündəm / Texnologiya | çapa göndər



"WhatsApp", "Instagram" və "Facebook"un çökməsi dünyanın gündəmindədir. Bəs internet nəhəngləri niyə çöküb?
"Reuters" çökmənin DNS (domen adları sistemi) problemi ilə bağlı olduğunu yazıb.
"New York Times"a danışan və təhlükəsizlik səbəbindən adı gizlədilən "Facebook"un iki kibertəhlükəsizlik mütəxəssisi problemlərin kiberhücumlardan qaynaqlanma ehtimalının çox aşağı olduğunu deyiblər. Bildirilib ki, tətbiqlərin ardındakı texnologiyalar fərqlidir və bir hücumla hamısını eyni vaxtda çökdürmək mümkün deyil.
"Problem, böyük ehtimalla, "Facebook"dan qaynaqlanır, "WhatsApp" və "Instagram"a da buna görə girmək mümkün deyil", - "Cloudflare"in texnologiya üzrə rəhbəri Con Qraham Kamminq qeyd edib.
Bir kibertəhlükəsizlik şirkətinin rəsmisi olan Deyn Kneçt "Facebook" Sərhəd Keçid Protokolu yollarının "internetdən çəkildiyini" dilə gətirib.
"Bu, çox böyük bir tətbiq xətasına bənzəyir", - kibertəhlükəsizlik üzrə mütəxəssis Kevin Beamont qeyd edib.




Xəbəri paylaş

3098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___