Rusiyanın Novosibirsk bölgəsində yollarda yüzlərlə ölü qarğa görüntülənib.
Xeberaz.Az Xəzər TV-yə istinadən bildirir ki, ölü quşların göydən düşdüyünü görən sakinlər təşvişə düşüb. Digər tərəfdən başqa bir heyvan növünün zərər görmədiyi bildirilib.
Qarğaların öldüyü bölgədə baytarlıq edən Sergey Kuzlyakin jurnalistlərə açıqlamasında hazırda quşların ölüm səbəbini müəyyən etmək üçün işlərin davam etdiyini deyib. "1975-ci ildən bəri baytar olaraq çalışıram və ilk dəfədir belə hadisə ilə qarşılaşdım. Özüm də təəccübləndim", - deyə Kuzlyakin əlavə edib. Baytarın sözlərinə görə, səlahiyyətli şəxslər hazırda ölü quşları yığmaqla məşğuldurlar. Qarğaların bir hissəsi yandırılsa da, qalanının laboratoriyada analiz edilməsi üçün ayrıldığı qeyd edilib.
Kənd sakinləri ölü quşlarla bağlı hadisəni qiyamət əlaməti kimi dəyərləndirib. Aidiyyatı şəxslər isə, 10 il əvvəl də oxşar hadisənin yaşandığını - Arkansasda göydən minlərlə quşun düşdüyünü, yaxınlıqdakı çayda 100 min şirin su balığının öldüyünü, İtaliyada göyərçin ölümlərinin gerçəkləşdiyini deyib. Hesabatda gizli hökumət sınaqları, insan fəaliyyətləri, dəyişən iqlim şəraiti kimi ehtimal olunan nəzəriyyələr də əks olunub.
Rusiyada qiyamət əlaməti: Sakinlər təşviş içindədir - VİDEO
Tarix: 30-09-2021 | Saat: 08:27
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

2618 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 30-09-2021 | Saat: 08:27
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər

Digər xəbərlər
19-01-2022, 08:23
İnstaqramdan istifadəçilərini sevindirəcək YENİLİK - FOTO
21-05-2017, 19:28
“Survivor 2017”də Acunun başına iş gəldi - VIDEO
5-09-2021, 13:53
Xoşbəxt bir ailənin acı hekayəsi-Jurnalistin Həyatı
14-03-2016, 11:07
Terror qurbanları arasında Azərbaycan vətəndaşları var? - YENİLƏNİB
7-12-2016, 16:44
Evin kişisini öldürüb həyətdə toy etdilər - NEFTÇALADA
24-07-2016, 18:34
Beynimiz niyə 31 saniyədən bir "feysbuku" yoxlamaq İstəyir?
21-12-2016, 01:40
Ayağınız üşüməsin deyə ayaqqabının içinə bunu qoyun -Fotolar
5-04-2019, 21:50
Aprel döyüşlərində zabiti ermənilərə satıb intim videosunu çəkdirən polkovnik kim olub? - Sensasion məlumat
1-10-2016, 20:20
Xorultuya qarşı dadlı çarə