Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Anım Günündə qərənfili bahalaşdıranlara: - “...Xəstəxanalarda xərcləyəcəksiniz”
Tarix: 30-09-2021 | Saat: 08:22
Bölmə:Karusel / M2 / Sitat | çapa göndər



Sentyabrın 29-da-Anım Günündə qərənfilin qiymətində artımlar oldu. Təbii ki, mövcud durum kifayət qədər utancvericidir. Bəzi sahibkarlar Anım Günündən sui-istifadə edib, öz gəlirlərini düşünürlər. Halbuki tarixi zəfər qazanmış bir ölkə vətəndaşının bu cür davranışı arzuolunan deyil.

Azərbaycan Dillər Universitetinin (ADU) mətbuat xidmətinin rəhbəri, jurnalist Ağa Cəfərli də baş verənlərlə bağlı Feysbuk hesabında yazıb:

“Anım günündə qərənfilin qiymətini qaldıranlar gərək bilsinlər ki, 20 yanvar hadisəsi baş verəndə qədeşlər gülləri insanlara pulsuz paylamışdılar, küçələrə səpələmişdilər. O qardaşlar yaddaşımızda, ürəyimizdə həmişə şərəfli yer tutacaq. Amma siz qiymət qaldıranlar, daim söyüləcək, nifrət, qarğış yiyəsi olacaq, qazandıqlarınızı xəstəxanalarda xərcləyəcəksiniz”.

Jurnalist mövcud durumla bağlı daha ətraflı danışıb. Onun sözlərinə görə, həm 44 günlük müharibə dövründə, həm Anım Günündə milətimiz birlik və bərabərlik nümayiş etdirdi:

“Təəssüf ki, birlik göstərənlər olduğu kimi, vəziyyətdən öz xeyirləri üçün istifadə edənlər də var. Səhv etmirəmsə, Zərdüş Əlizadənin kitabında belə bir fakt var idi ki, 20 yanvar hadisələrində gül satışı ilə əsasən Bakılılar məşğul olurdu.

Ona görə yazdığım statusda da “qədeşlər” sözündən istifadə etmişəm. Əslində xalqımızın mübarizə əzmi, birlik-bərabərliyi var. Ancaq asan yolla pul qazanmaq istəyən, özünə hörmət qoymayanlar da az deyil.

Anım Günü elə bir hadisədir ki, burada biznes maraqları öndə olmamalıdır.

Düşünürəm ki, bu maraqlardan çıxış edənlər mənəvi formada cəzalandırılmalı, cəmiyyət tərəfindən qınaq obyektinə çevrilməlidir.

Eyni zamanda məsul qurumlar da məsələyə müdaxilə etməlidir. Belə hallar insanların yaramazlıqlarından qaynaqlanır. Meşə çaqqalsız olmaz”.


Xəbəri paylaş

4058 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___