Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bu gün Azərbaycan manatının 23 yaşı oldu
Tarix: 15-08-2015 | Saat: 13:02
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Bu gün Azərbaycan manatının 23 yaşı oldu


1-ci pul emissiya Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi

Bu gün Azərbaycan manatının dövriyyəyə buraxılmasından 23 il ötür.

Milli pul vahidi olan manat 15 avqust 1992-ci ildə dövriyyəyə buraxılıb.

İlk mərhələdə 1, 10 və 250 manatlıq əskinaslar, noyabrda isə 5, 10, 20 və 50 qəpiklik sikkələr, dekabrda 5 manatlıq əskinas, 1993-cü ilin martında isə 50, 100, 500 və 1000 manatlıq kağız əskinaslar dövriyyəyə buraxıldı.

Azərbaycan Respublikasının 1-ci pul emissiyası 1992-ci ildə Fransa Mərkəzi Bankı tərəfindən çap edilmişdi.

Prezident İlham Əliyev tərəfindən 7 fevral 2005-ci il tarixdə imzalanmış «Azərbaycan Respublikasında pul nişanlarının nominal dəyərinin və qiymətlər miqyasının dəyişdirilməsi (denominasiyası) haqqında» fərmana uyğun olaraq, 2006-cı il yanvarın 1-dən yeni manata keçidlə əlaqədar 1 yeni manat AZN 5000 köhnə AZM-ə bərabər tutuldu.

AZM və AZN-in birgə 1 il ərzində - 2006-cı ildə dövriyyədə oldu və yalnız 2007-ci il yanvarın 1-dən isə yeni manata tam keçid təmin edildi. (oxu.az)


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___