Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi həftə sonları sərnişindaşıma fəaliyyəti ilə məşğul olan şəxslərə növbəti dəfə xəbərdarlıq edib.
İdarədən daxil olan xəbərdarlıqda bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə ölkə ərazisində həftə sonları ictimai nəqliyyatda sərnişindaşıma fəaliyyəti dayandırılıb: "Lakin bu vəziyyəti fürsət bilən bəzi sürücülər həftə sonları əsasən mikroavtobus tipli nəqliyyat vasitələri ilə sərnişin daşınması qaydalarını pozaraq qeyri-qanuni fəaliyyət göstərirlər və bununla da infeksiyanın yayılmasına şərait yaradırlar. Qanunsuz daşımalarda iştirak edən sərnişinlər belə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacağını nəzərə alsınlar və yollarda çətinliklərlə üzləşməmək üçün zəruru işlərini həftə sonlarına saxlamasınlar.
Bir daha aidiyyəti şəxslərin nəzərinə çatdırırıq ki, sərnişindaşımada, eləcə də taksilərdə tələb olunan qaydaların pozulmasına görə ciddi inzibati tənbeh tədbirləri görüləcək".
Yol Polisi bu sürücülərə XƏBƏRDARLIQ ETDİ
Tarix: 17-09-2021 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
2928 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 17-09-2021 | Saat: 11:41
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
7-06-2016, 22:20
İTV iki direktoru çıxartdı: köhnə direktoru geri qaytardı
10-03-2020, 21:00
Bakıda zəncirvari qəza - yolda tıxac yarandı
9-02-2016, 13:55
23 yaşında canına qıydı FOTO
29-08-2017, 12:10
Xanım direktorun fotosu müzakirələrə səbəb oldu - Foto
3-03-2016, 18:50
Cinslərdəki balaca cibin mənası nədir? - FOTO
15-10-2016, 12:35
İntihar edən MTN polkovniki Çovdarovun əlaltısıymış...
4-02-2016, 11:00
Azərbaycan nefti yenidən bahalaşdı
25-09-2017, 10:11
Kosmosa liftlə qalxa biləcəyik
15-11-2020, 13:00
Sabah yağış yağacaq