Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatları əsasında keçirilən tədbirlər zamanı Hacıqabul rayon sakinləri Vasif Kazımov və Hafiz Haxverdiyev saxlanılıblar.
Həmin şəxslərin üzərinə keçirilən baxış zamanı onlardan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülüb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir əməliyyat zamanı isə narkotik tərkibli bitkilərin kultivasiyası məşğul olan Sabirabad rayon sakini Sahib İsayev çalışdığı Hacıqabul Quşçuluq Şirkəti MMC-nin ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 170 qram marixuana, eləcə də S.İsayevin çalışdığı şirkətin ərazisində becərdiyi 8 ədəd çətənə kolu aşkarlanaq götürülüb.
Faktlarla bağlı Hacıqabul RPŞ-də cinayət işləri açılıb, araşdırmalar aparılır.
Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI
Tarix: 12-09-2021 | Saat: 11:19
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
3548 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 12-09-2021 | Saat: 11:19
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
26-11-2015, 20:53
islamçıların liderlərindən olan Zülfüqar Mikayılzadə tutulub
14-04-2016, 13:57
Türkiyədə 17 terrorçu tutuldu
11-05-2016, 20:07
Berlin görüşü: Rusiya ilə razılıq əldə edilmədi
1-09-2015, 17:51
Sarkisyan Qarabağdadır
4-12-2017, 14:58
17 yaşlı şagirdin intihar məktubu: “Peyğəmbərimin yanına gedirəm"
18-04-2015, 19:13
SOCAR-ın Gürcüstanda satdığı qazın qiymətində artım gözlənilmir
24-07-2015, 12:17
6 ayda Azərbaycanda qəzalar 34 uşağı öldürdü (VİDEO)
9-07-2021, 19:22
"Azərtürkbank" müştərilərini NARAZI SALIR... - GİLEY
27-05-2017, 13:31
Oğlundan xalq artistinə QADAĞA
18-11-2015, 12:57
“Sədərək”də polisləri öldürmək istədilər