Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xəzər sahilində yenidən suiti cəsədləri tapıldı - Onlar qanunsuz ovun qurbanı olub? - VİDEO
Tarix: 11-09-2021 | Saat: 11:18
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər


Asan hesab edib, brokonyerlərin toruna düşən balıqları yemək istədi, amma canlarından oldular. "Balıqçılar" Xəzərin Mərdəkan sahillərində 2 suitini  vəhşicəsinə məhv edib. 
Aralarındakı məsafə 50-60 metr olar. Hər iki suiti məhv edilib və hər ikisinin üzərində çoxsaylı yara izləri var. Görüntülər Mərdəkan çimərliyindəndir. 
Birinin başı və qarnı, digərinin isə bel nahiyəsi qan içində olan suitilər görünür bir neçə gündür məhv olub, artıq onlara həşəratlar da daraşıb. 
Ekologiya və təbii sərvətlər nazirliyinin, o cümlədən,  Zoologiya institutunun mütəxəssizləri əraziyə baxış keçirdilər. Zoologiya institutunun aparıcı elmi işçisi Süleyman Süleymanov deyir ki, bunlar Xəzər suitiləridir. Ölmələrinə səbəb isə brokonyerlərdir. "Balıqçılar" torlarına düşən balıqları yeyən suitiləri belə cəzalandırıblar. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı mərkəzinin direktoru Mehman Axundov da deyir ki, suitilər balıq ovunda qadağan olunan ov aləti ilə məhv edilib. 
Qeyd edək ki, Xəzər suitiləri qırmızı kitaba düşən bir növdür. Yalnız Xəzər dənizində yaşayan bu heyvanların sayı hər ötən il azalır. 
 


Xəbəri paylaş

3478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___