Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bu kəpənəklərin qarşısını almaq mümkün olmayacaq" - Ekspert Bakıdakı vəziyyətlə bağlı SOS siqnalı verdi
Tarix: 09-09-2021 | Saat: 13:09
Bölmə:Karusel / Gündəm / Hadisə | çapa göndər


"Karantin obyekti olan bu zərərvericilər əvvəllər yox idi. 20 il bundan qabaq demək olar ki, onlara rast gəlinmirdi. Bu, son zamanlar yayılıb və yayılmaqda da davam edir”.

Bunu açıqlamasında kənd təsərrüfatı məsələləri üzrə ekspert Vahid Məhərrəmov Bakını cənginə alan kəpənəklərlə bağlı danışarkən deyib. Müsahibimiz bildirib ki, həmin kəpənəklər indiki halda bir o qədər ziyanlı deyil:

"Buna qarşı kütləvi tədbirlər həyata keçirilsə, əlbəttə, təqdirəlayiqdir. Ancaq inanmıram ki, bunun öhdəsindən gələ bilsinlər. Azərbaycanda bu işlər demək olar ki, çox aşağı səviyyədədir. Hazırda kənd təsərrüfatına zərəri olmasa da, həmin kəpənəklər yumurta qoyacaq və bundan sonrakı nəslə təsir edəcək. Azərbaycanda hava imkan verir ki, onların törədiciləri bir müddət kənd təsərrüfatına ziyan vursun. Dediyim kimi kəpənəyin qarşısını tam almaq mümkün olmayacaq. Yeni törədicilərlə mübarizə aparmalı olacağıq”.

Ekspert qeyd edib ki, bu istiqamətdə deyilən tövsiyələr boşunadır:

"Araşdırmalara əsasən, son 10-15 ildə karantin obyekti olan elə bir zərərverici törədiciləri və ya xəstəliklər yoxdur ki, Azərbaycana gətirilməsin. Bunun qarşısı ilk növbədə sərhəddə alınmalıdır. Baxın, Azərbaycandan Rusiyaya gedən malın-məhsulun qarşısı ona görə alınır ki, orada ziyanvericilərin törədiciləri aşkar edilir. Niyə onlar sərhədlərini qoruyurlar, biz edə bilmirik? Olanda da çox nadir hallarda, görüntü xətrinə edirlər. Yəni sərhəddən başlamış bu işlər görülməli və vaxtında qarşısı alınmalıdır. Kəpənəklər o qədər kütləvi yayılıb ki, deyiləsi deyil. İndiyə kimi belə halın olmasını heç zaman müşahidə etməmişdim. Tədbirlərin əsası qoyulmalıdır”.


Xəbəri paylaş

4908 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___