Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Bu yol kişi yolu deyil” - İki aya 70 mini narkotikə verən şəxs (VİDEO)
Tarix: 09-09-2021 | Saat: 10:59
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

“Bu yol kişi yolu deyil”- İki aya 70 mini narkotikə verən şəxs (VİDEO)



“26 yaşımda dost dediyim insanlar məni bu yola çəkdi. “Nəşə”dən sonra “kakos”, “şüşə”, “heroin”, “kokain”...  70 min manatı iki aya narkotikə verib çəkdim”. 
Bunu “ARB Xəbər”in Narkoloji Mərkəzdən hazırladığı süjetdə müalicə alan şəxslərdən biri deyib. 
O, narkotikə görə başına gələn hadisələri danışıb: 
“Ağır maddələr qəbul edəndən sonra həftələrlə yata bilmirsən. Beyini pozur, havalandırır. İnsanın hər tərəfini yara edir, eybəcər hala salır. Şüşəni istifadə edib vampir formasında olursan, özünü didirsən. Əlinin üstündə heçnə yoxdur, amma elə bilirsən ki, dərinin altında qurd gəzir. Ayaqlar, kürək qırılır, danışa bilmirsən, əsmə gəlir. 80 kiloqram idinsə, olursan 40 kiloqram. Narkotikə qurşanandan evlər, maşınlar getdi, 70 min manatı iki aya narkotikə verdim. İlk dəfə pulsuz təklif edirlər, sonra istəyəndə “bu qədər pul gətir verim” deyirlər. Bunun axırı yoxdur, ailəsini, gələcəyini düşünən bu yola getməz. Bu yol kişi yolu deyil. Mən özümü dəfələrlə öldürmək istəmişəm”. 
Sözügedən şəxs bildirib ki, bundan əvvəl müalicə alıb sağalsa da, cəmiyyətdə ona qarşı inamsızlıq olduğu üçün yenidə narkotik istifadə edib: 
“Əvvəl burada müalicə alıb, ailəmin yanına getdim. Onlar mənə inanmadılar deyə yenə qayıtdım bu yola. Ona görə bu yoldan əl çəkmək istəyənlərə birinci növbədə inanmaq lazımdır. Sonra isə narkotikdən uzaqlaşmaq istəyənlər ətrafını da dəyişməli, yeni həyata başlamalıdır”.




Xəbəri paylaş

4648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___