Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhərrəm ayından sonra toylar olacaq? – Şadlıq saraylarında VƏZİYYƏT
Tarix: 08-09-2021 | Saat: 17:24
Bölmə:Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər


Bildiyimiz kimi iyulun birindən toyların keçirilməsinə icazə verildi. Amma vaxt azlığı bəzilərinin toy planlarına kölgə saldı. Avqustda Məhərrəm ayının başlaması bir çoxlarını toylarını bu aydan sonraya - oktyabra saxlamağa məcbur etdi. Hazırda koronavirusa yoluxanların sayında artım müşahidə olunsa da peyvəndlənmə prosesi də çox sürətlə gedir. Buna görə də qapanmalar həyata keçirilmir. Digər tərəfdən məktəblərdə tədrisin əyani təhsilə keçməsi toylarına olacağına dair də bir ümid yaratdı.

Bəs, şadlıq saraylarında vəziyyət necədir? Toy etmək arzusunda olan cütlüklər istədikləri tarixi seçmə bilirlər?

Bəzi şadlıq sarayları ilə əlaqə saxlanılıb.

“Greace hall” şadlıq sarayının inzibatçısı deyir ki, müraciət edənlər çoxdur.

“Hələ ki, müraciətlər oktyabr ayı üçündür. Əvvəlki qiymətlər olacaq elə. Toy üçün müraciətlərin sayının çoxluğuna görə artımın gözlənilmir. Qonaqların sayına gəldikdə isə 150 nəfərdən artıq qonaq qəbuluna icazə vermirik”.

“Çıraq Palas” şadlıq sarayından aldığımız məlumata görə, əvvəlki qədər müraciət yoxdur.

“Karantindən sonra müraciət daha çox idi. İyul ayında sarayda bircə dənə də olsa boş gün qalmamışdı. Qərar çıxan kimi hamı gəlib gün götürürdü. İndi də müraciət edənlər olur. Amma iyul ayındakı qədər yox. Boş günlərimiz çoxdu”.

“Planet” şadlıq sarayında da vəziyyət eynidir. Toy etmək üçün üz tutanlar olduqca azdır. Buradan verilən məlumata görə, müraciət edənlərin əksəriyyəti 150 nəfərdən çox qonaq gətirmək istəyirlər.

“Əlbəttə, biz bunla razılaşmırıq. Buna görə müştəri itirdiyimiz də olur”.

“Gold” şadlıq sarayının inzibatçısı deyir ki, oktyabr ayı üçün boş gün yoxdur.

“O qədər müraciət edən var ki. Artıq noyabr və dekabr aylarında da bəzi günlərimiz dolub. Toy etmək istəyən edir”.

Digər restoranlarda da vəziyyət eynidir. Karantindən sonra qiymətlərdə artımın olmayacaq. “Meridian saray”da menyunun qiyməti 80-120 manat arasında dəyişir. Restoran yay aylarında baş tutan toy məclislərinə isə xüsusi endirimlər təklif edir.

“Mega palace” restoranında menyunun stabil qiyməti 30 manatdır. Məkanda qiymətlər 30-35 manat arasında dəyişir. Burada qiymətlərə musiqi ansamblı, video çəkiliş də daxildir.

“Cıdır düzü” restoranında isə qiymətlər 45 manatdan başlayaraq, 80 manata qədər yüksəlir. Burada da müştərilərə xüsusi olaraq VİP menyu da təklif olunur. Bu menyunun qiyməti 120 manatdır.

Hə, indi isə gəldik məsələnin digər vacib tərəfinə. Gəlinliklər və bəylik kostyumlara. Bu geyimlərin satışı və kirayəsi ilə məşğul olan mağazalardan Lent.az-a verilən məlumata görə, hələ ki, sabitlikdir.

“Müraciət edənlər var. Amma azdır. Daha çox baxmaq üçün gəlirlər. Yəni xoşlarına gələn model varsa, şəklini çəkib götürürlər ya da behini verib gedirlər”.

Elə gəlinin saç düzümü və makiyajı üçün də eynisini deyə bilərik. Stilist-vizajist Nigar İbrahimova deyir ki, müraciətlər yay aylarındakı kimi çox deyil.

“Hələ ki, azdır. Gəlib saç və makiyaj üçün seçimlərini edənlər var. Qiymətlərimizdə isə heç bir dəyişiklik olmayacaq. əksinə, gəlinlərimiz üçün xüsusi endirimli kompaniyalarımız da olacaq. Ümumiyyətlə, karantinlə bağlı elə yay aylarında da endirimlər etmişdik”.


Xəbəri paylaş

4808 dəfə oxunub.

Digər xəbərlər
29-06-2015, 16:43 iPhone 6S gəlir (FOTO)

bütün xəbərlər
____ Instagram ___