Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
 Bakıda 28 yaşlı koronalı xəstəyə peyvənd vurdular, vəfat etdi - FOTOFAKT
Tarix: 06-09-2021 | Saat: 11:57
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər



Bakıda koronavirus əleyhinə peyvənd olunan 28 yaşı gənc vəfat edib.

Bu barədə peyvənddən vəfat etdiyi iddia olunan Elməddin Liftiyevin qardaşı Qabil Liftiyev məlumat verib. Bakıda polikilinikalardan birində peyvənd olunan Liftiyev Elməddin Babulla oğlu bir neçə gündən sonra vəfat edib. Onu korona xəstəsi olduğu halda peyvənd ediblər:

"Məndən xəbərsiz gedib, peyvənd olunub. Peyvənd olunan günü qızdırması 39-a qalxdı, təcili yardım çağırdım, peyvəndə görə qızdırması qalxıb, keçəcək, dedilər. Ertəsi gün hər şey normal oldu. Onun sabahısı qardaşımın vəziyyəti pisləşdi. Həkimlə əlaqə saxladım dedi ki, dərhal KT etdirin. KT etdirdim məlum oldu ki, qardaşımın ağ ciyərində 40%buzlaşma var. Belə vəziyyətdə peyvənd ediblər. Həmin günü axşam Məmmədlidəki Modul Tipli xəstəxanaya yerləşdirildi. Orda da vəziyyəti daha da pisləşdi. Həkimlər ordan xəstənin köçürülməsini istədilər. Çünki, orda qardaşıma görə lazımi avadanlıq yox idi. Bunu orda həkimlər dedilər. Dəfələrlə TƏBİB-ə müraciət etməyimizə baxmayaraq köçürülmədi və qardaşım vəfat etdi. Eplepsiyası da var idi. Arada dərmanlar qəbul edirdi, ancaq yaxşı idi, işləyirdi. Normal insan idi. Lənkəranda dəfn etmişik. Bu gün 3 mərasimdir. Qardaşım nişanlı idi."

Məsələ ilə bağlı TƏBİB-in sözçüsü Elnarə Baxışova saytımıza açıqlamasında bunun araşdırılacağını bildirib.

"Peyvənddən vəfat etməsi iddiası onların fikridi. Bunun sübutu yoxdur. Bu məsələ araşdırılacaq. Həkimlər, ekspertlər araşdırma etdikdən sonra rəsmi məlumat veriləcək."

Qeyd edək ki, bir neçə gün əvvəl tanınmış blogger Elçin Lənbəraniski də peyvənddən öldüyü iddia edilən xəstə ilə bağlı Məmmədlidəki Modul Tipli Xəstəxananın önündən xəstə yaxınları ilə birlikdə TƏBİB-ə müraciət edərək onun başqa tibb müəssisəsinə köçürülməsi üçün kömək istəmişdi.




1078 dəfə oxunub.

Digər xəbərlər
26-07-2015, 10:27 Cəbhədən ən son xəbər

bütün xəbərlər
____ Instagram ___