Koronavirusa yoluxmanın əsas simptomlarından olan iy və dadbilmənin kəskin itməsinin qısa zamanda bərpası istiqamətində yeni elmi tədqiqatlar aparılıb.
Bunu Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.
O bildirib ki, SARS-CoV-2 virusunun dünyada yayıldığı ilk aylarda bu virusa yoluxmanın əsas əlamətlərindən biri kimi iy və dadbilmənin kəskin şəkildə itməsi ilə bağlı elmi informasiyalar hər kəsə məlumdur:
"Hələ virusun yayıldığı ilk günlərdə bunun koronavirusa xas olan bir simptomlar olduğu bəllidir. Bugünlərdə iy və dadbilmənin kəskin itməsi zamanı onların qısa vaxt ərzində bərpası istiqamətində dərman preparatlarının daha effektiv təsiri araşdırılıb. Bundan başqa, xəstəliyin gedişində bu simptomların hər hansı proqnostik əhəmiyyətinin olub-olmadığı da aşkarlanıb".
Azərbaycanlı alimin sözlərinə görə, son elmi tədqiqatla sübut edilib ki, qoxu və dadbilmənin itməsinin qısa zamanda bərpasına istifadə olunan yerli steroid spreylər və mazlar (məlhəm) ciddi şəkildə kömək edir. Belə ki, tədqiqatda "Fluticason" burun spreyinin 5 günlük tətbiqi qoxu bilmənin bərpasına və "Triamcinolon" mazının 5 günlük yerli istifadəsi isə dadbilmənin bərpasını tezləşdirir:
"Bundan başqa, Braziliyada aparılan digər tədqiqatla sübut edilir ki, qoxubilmənin kəskin şəkildə anidən itməsi kliniki gedişata təsir edəcək proqnostik faktor kimi nəzərə alınmalıdır".
Dad və iybilmənin bərpasında bu dərmanlardan istifadə edin! - Azərbaycanlı alim açıqladı
Tarix: 01-09-2021 | Saat: 14:23
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
5138 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 01-09-2021 | Saat: 14:23
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
11-09-2016, 11:07
Nərimanov rayonunda yenə bina yandı
13-12-2022, 11:00
Xankəndi yolunda aksiya iştirakçılarının sayı artır: İctimai fəalların axını başladı - YENİLƏNİB
13-06-2019, 11:34
İşsizlərin NƏZƏRİNƏ! – Yeni iş yerlərinin SİYAHISI
14-10-2016, 19:51
Dünyanın ən seksual riyaziyyat müəlliməsi - fotolar
4-08-2015, 17:57
Daşkəsəndə qeyri-adi tapıntı - FOTOLAR
30-04-2015, 12:25
Mərkəzi Bank yeni məzənnəni açıqladı – CƏDVƏL
11-08-2017, 10:26
Harın məmurlar üçün tərbiyə resepti
2-04-2022, 20:11
Bu şəxslərə oruc tutmaq haramdır - Hacı Şahin
21-06-2016, 12:52
Donbas müzakirəyə çıxarılır - Poroşenko
2-04-2015, 11:57
Erməni əsgərini döyənlər üzə çıxdı.