Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Vaksin niyə hərəyə bir cür təsir edir? - Bu sualın cavabına 1,5 milyon funt ayrılıb
Tarix: 28-08-2021 | Saat: 12:23
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər



Britaniyada aparılacaq yeni elmi tədqiqat koronavirus vaksininin yaratdığı immunitetin nə müddətdə davam etdiyini üzə çıxarmalıdır.
Sözügedən araşdırma üçün 1,5 milyon funt sterlinq dövlət vəsaiti ayrılıb. Bu tədqiqat vaksin olunmalarına baxmayaraq bəzilərinin niyə COVID-19-a yoluxmasının səbəbini aşkar etməlidir. Britaniyanın səhiyyə naziri Sacid Cavid deyib ki, yeni araşdırma koronavirusun təbiətinə dair yeni dəyərli faktları üzə çıxarmalıdır. Bu tədqiqata rəhbərlik edəcək doktor Syuzan Hopkins isə bildirib ki, alimlər koronavirus peyvəndindən sonra kimlərin yoluxmaya daha həssas olmalarını müəyyən etməlidir. Onun sözlərinə görə, bu, alimlərə mövcud vaksin və gücləndirici vaksinlərin tərkibini təkmilləşdirmək imkanı verəcək.
50 min könüllü
Bu həftənin əvvəllərində yekunlaşdırılmış araşdırma Pfizer/BioNTech və Oxford/AstraZeneca koronavirus vaksinlərinin təsir gücünün peyvənddən altı ay sonra zəiflədiyini göstərmişdi. Qeyd olunurdu ki, bu halda ən pis ssenari vaksinlərin təsir effektivliyinin 50 faizdən də aşağı düşməsi olardı. Ayrıca bir tədqiqat göstərmişdi ki, xəstəliklərə və ya müalicələrə görə immuniteti məhdudlaşan insanların 40 faizində koronavirusa qarşı yaranan anticismlərin sayı daha az olur. İngiltərənin İctimai Səhiyyə İdarəsinin iştirakilə aparılacaq araşdırma müxtəlif vaksinlərin yaratdığı immunitetlərin davametmə müddətlərini müqayisə edəcək. Xəbər verilir ki, iki mövcud tədqiqatda iştiraka, peyvənd olunmasına və ya daha əvvəl koronavirus yoluxması keçirməsinə baxmayaraq təkrar yoluxmaya məruz qalmış 50 min tibb işçisi dəvət olunub. Alimlər deyirlər ki, yeni tədiqiqat vaksinlənmiş insanların niyə təkrarən yoluxması sualına cavab verməyə çalışacaq.
İmmunitetin başa düşülməsi
Təcrübələrdə iştirak edənlərdən onların genetik kodlarının çıxarılması üçün icazə alınacaq. Alimlər düşünürlər ki, bəzilərinin koronavirusa təkrar yoluxmalarının cavabı onların DNT kodunda ola bilər. Doktor Hopkins deyib ki, immun reaksiyanın öyrənilməsi təkcə kimlərin yoluxmalar qarşısında daha zəif olmasını üzə çıxarmayacaq, bu həm də vaksin istehsalçılarına vaksinlərə lazımi dəyişikliklər etmək imkanı verəcək. Səhiyyə naziri Sacid Cavid deyib ki, bu tədqiqatla yanaşı aparılan başqa bir araşdırmada Britaniya boyunca anticism testləri proqramının nəticələrindən istifadə olunur. Araşdırmada iştirak edən başqa bir alim, Rupert Bil deyib ki, immunitetin başa düşülməsi pandemiyaya lazımi reaksiyanın verilməsi üçün mühümdür. Onun sözlərinə görə, araşdırma habelə kimlərə üçüncü dozanın vurulmalı olduğu barədə elmi ipucu verəcək.




Xəbəri paylaş

2768 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___