Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Tanınmış aktyor Operativ Qərargaha səsləndi: - “Mədəniyyətimiz məzara uzanıb“
Tarix: 22-08-2021 | Saat: 11:55
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


"Bu şəkil çəkildiyim filmin son çəkilişləri zamanı çəkilib. Bu şəklin fonunda Covid-19 sayəsində yavaş-yavaş məzara uzanan mədəniyyət və kinoteatr salonlarımızı görmək olar. Nə qədər inkişaf etdirməyə çalışsalar da, onsuz dünya kinosuna çatmağa hələ çox var idi. Amma son il yarımda demək olar ki, heç o çalışmaq da yoxdur".

Bu sözləri aktyor Elcan Rəsulov bildirib. Kinoteatrların fəaliyyətinin bərpa edilməməsindən gileylənən Elcan bunları əlavə edib:

"Hər şey başadüşüləndir - xəstəlik var və yayılmasının qarşısını almaqda bəzən çətinliklər də olur. Amma yumşalmaya gedilən bəzi sahələr kimi, bu sahəyə də nəzər yetirmək olar. Öyrətmək olmasın, məsələn: bütün teatr aktyorları vaksin pasportu ilə işə gələ bilər. Elə kinoteatr işçiləri də həmçinin. Hələ teatr və kino salonuna vaksin pasportu olan tamaşaçılar da girə bilər. Baxmayaraq ki, pasportları var, lap bir sıradan bir də əyləşə bilərlər. Stadiondakı kimi... Onsuz da bu "mall"a qədər girib restoranında oturan, mağazasına girən adam, kinoteatrına da girməyə risk edəcək. Beləliklə yavaş-yavaş bu sahədə çalışan adamlar da öz işinin başına dönəcəklər. Bu isə minlərlə işçi deməkdir. Bu sahə tək aktyorlardan və aktrisalardan ibarət deyil. Adını saymaqla bitməyən saysız iş növləri var. Əziz Operativ Qərargah və onun rəhbər nümayəndələri, bu sahənin ən sonuncu işçisi kimi yazıb sizdən xahiş edirəm ki: bu yazılanları nəzərə alıb, bu sahədə də hansısa yumşalmalara gedilməsi barədə tapşırıqlar verəsiniz.

Sona qədər oxuyan dostlardan isə xahiş edirəm ki, bu şəklə bacardığınız qədər rəy yazıb, bəyənin, lazım olan yerlərə qədər gedib çatsın. Bəlkə onlardan da kimsə həvəs edib heç olmasa, axıra qədər oxudu".

 


Xəbəri paylaş

4458 dəfə oxunub.

Digər xəbərlər
7-09-2023, 10:19 Ən ehtiraslı beş bürc

bütün xəbərlər
____ Instagram ___