Kredit qalmaqalı ilə bağlı daha bir iş adamı axtarışa verildi
Tarix: 14-08-2015 | Saat: 14:21
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər
Daha dörd iş adamı hazırda həbsdədir.
Azərbaycan Beynəlxalq Bankının ətrafında yaranmış kredit qalmaqalı ilə bağlı iş adamı axtarışa verilib.
Xeberaz.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, “Azərbaycan Consaltinq Qrup”, “PNN Group” və bir sıra başqa şirkətlərin sahibi Nəsib Piriyev Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində başlanmış cinayət işi ilə əlaqədar axtarışa verilib.
N.Piriyevin xarici ölkələrdən birində olduğu, dəfələrlə istintaqa çağırılmağına baxmayaraq, ölkəyə qayıtmadığı bildirilir.
Qeyd edək ki, Nəsib Piriyev bir müddət əvvəl həbs edilən və daha sonra azadlığa buraxılan iş adamı Nizami Piriyevin oğludur.
Xatırladaq ki, Nəsib Piriyevin işi ilə bağlı daha dörd iş adamı hazırda həbsdədir.
Vəkil Kamandar Nəsibov bildirib ki, həmin işlə bağlı tutulan iş adamları Adil Hüseynov, Adil Mikayılov, Erhan Cavad Yavuz və Ratmir Bəkirov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılırlar.
K.Nəsibov həmçinin iş adamı Nəsib Piriyevin axtarışa verilməsi xəbərini təsdiqləyib.
Xəbəri paylaş
6358 dəfə oxunub.
Digər xəbərlər

7-04-2017, 11:30
Azərbaycanlı model Türkiyənin evlilik verilişində - VİDEO
29-02-2016, 14:19
Moskvada dəhşət: Dayə uşağın başını kəsib “Allahu Əkbər” qışqırdı - YENİLƏNİB-FOTO-VİDEO
20-11-2016, 12:57
Xalq artisti Gəncədə dəfn olunacaq
20-02-2016, 15:34
Serbiya Makedoniya ilə sərhədlərini bağladı
1-06-2021, 11:24
İranla sərhəddə əməliyyat: Saxlanılan var - FOTO
8-07-2016, 14:27
Şok kadrlar: dayə ayaq barmağını uşağın ağzına soxdu - FOTO
28-01-2021, 15:33
"Tiktok"a görə arvadını azyaşlı qızının gözü qarşısında güllələyib, intihar etdi (FOTOLAR)