Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Cavid Hüseynov jurnalistin ölümündə günahkar olanları cəzalandırılmasını tələb edir
Tarix: 14-08-2015 | Saat: 14:07
Bölmə:Karusel / Gündəm / M2 | çapa göndər

Cavid Hüseynov jurnalistin ölümündə günahkar olanları  cəzalandırılmasını tələb edir
“Həkim səhvi olub”.

“Qəbələ” və Azərbaycan yığmasının futbolçusu Cavid Hüseynov jurnalist Rasim Əliyevin ölümünə dair ittihamları qəbul etmədiyini bəyan edib.

Xeberaz.az azerisport.com-a istinadən xəbər verir ki, bu barədə futbolçunun vəkili Adəm Məmmədov bildirib.

Xatırladaq ki, Rasim Əliyev Facebook-da Cavid Hüseynovu “Qəbələ”-“Apollon” matçından sonra jestinə görə tənqid etdiyi status üçün altı nəfər tərəfindən döyülmüşdü.

“Cavid deyib ki, onu Rasim Əliyevdən də pis təhqir və tənqid ediblər. O, jurnalistə zəng edib, video ilə anlaşılmazlığı izah edib. Zəngin sonunda normal vidalaşıblar. Sonra Rasim yazını Facebook-dan silib.

Bir müddət sonra jurnalistə Hüseynovun bibisi oğlu zəng edib, dostları ilə onunla görüşüb və onu döyüb. Futbolçu özü bu barədə bilməyib və baş verənlərdən sonra bibisi oğluna bunun artıq olduğu barədə sms yollayıb. Cavid jurnalistin ölümündə təqsirkar olanların sərt cəzalandırılmasını tələb edir”, - Məmmədov “Azadlıq radiosu”na bəyan edib.

“Eləcə də həkim səhvi olduğunu da deyə bilərəm. Əgər həkimlər vaxtında yardım göstərsəydilər, zərərçəkən ölməzdi”, - vəkil əlavə edib.

Qeyd edək ki, jurnalisti əməliyyat edən cərrah Saday Əliyev prokurorluqda ifadə verib.


Xəbəri paylaş

6218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___