Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEO
Tarix: 14-08-2021 | Saat: 13:28
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEO

ABŞ-da 24 yaşlı Kuran Makkeyn, aralarındakı 37 yaş fərqə baxmayaraq, 61 yaşlı sevgilisi Şeril Makqreqora evlilik təklifi edib.

24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEOBu barədə "Mirror" yazır.
Belə ki, 2012-ci ildə 15 yaşlı Makkeyn restoranda Makqreqorun oğluyla işləyərkən gələcək sevgilisiylə tanış olub.
İşdən çıxarıldıqdan sonra o, qadınla əlaqəni səkkiz il müddətinə itirib. 2020-ci ilin noyabrında yenidən rastlaşan cütlük arasında romantik hisslər yaranıb.
Hazırda sevgililər mütəmadi olaraq "TikTok"da öpüşüb rəqs etdikləri kadrları paylaşırlar.
"Yaş fərqinə baxmayaraq, bu barədə heç düşünmürük, çünki Şerilin ruhu və ürəyi cavandır", - deyə Makkeyn bildirib.
Onlar hətta intim həyatlarının da fantastik dərəcədə gözəl olduğunu etiraf ediblər və "OnlyFans" sosial şəbəkəsində açıq-saçıq videolar paylaşmaqdan çəkinmirlər.
Cütlük yaxın zamanda toy etməyi düşünür. İzləyicilərdən bəziləri gəncin özündən yaşlı qadınla yalnız sərvətinə görə evlənmək istədiyini iddia edirlər. Makqreqor onu "100 yaşlı qarı" adlandıranlarla da daim mübarizə aparmalı olur.
"Bizə nifrət edən 700 mindən çox adamın hesabını bloklamışıq", - deyə sevgililər bildiriblər.
Lakin cütlüyə dəstək olanlar da var. İzləyicilərdən birinin fikrinə görə, onlara nifrət edənlər öz həyatlarından narazı olan şəxslərdir.
24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEO24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEO24 yaşlı gənc 61 yaşlı sevgilisinə EVLİLİK təklifi etdi - FOTO-VİDEO



Xəbəri paylaş

3698 dəfə oxunub.

Digər xəbərlər
3-10-2017, 18:49 Daşqın gözlənilir
17-06-2016, 10:09 Neftin qiyməti dəyişdi

bütün xəbərlər
____ Instagram ___