Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Manafdan etiraf: İkinci qadının olmaması mümkünsüzdür
Tarix: 13-08-2015 | Saat: 15:08
Bölmə:Karusel / Şou-Biznes / M2 | çapa göndər

Manafdan etiraf: İkinci qadının olmaması mümkünsüzdür
“Onsuz həyat yoxdur”.

Müğənni Manaf Ağayev qadın-kişi münasibətindən danışıb.

Xeberaz.az axşam.az-a istinadla xəbər verir ki, sənətçi “Yeri gəlmişkən” verilişində sevdiyi xanımla ailə qurduğunu bildirib:

“Qadın var ki, ona hər şey edirsən, amma dili acıdır. Gedib başqa kişi ilə gəzir, ailəsinə əhəmiyyət vermir. Elə xanım tanıyıram ki, həyat yoldaşı heç nə etmir, qazanmır, amma elə xoşbəxtdirlər ki. Bunlar mənə aid deyil. Sevdiyim insanla ailə qurmuşam və çox xoşbəxtəm. Dördüncü sinifdən xanımımı sevmişəm. İdeal ailəyik. Övladlarımdan da razıyam. Elə məsələlər var ki, oğlumdan məsləhət alıram. Övladımın 27 yaşı var, siqaret belə çəkmir. Xanımım mənim sözümün qarşısına nəsə irad deyə bilməz. Mənə cavab qaytararsa, atası evinə göndərərəm. Nəyinki, qadın, uşaqlar və nəslimdəkilər də mənə cavab qaytarmaz”.

M.Ağayev “Elə kişi var ki, kənarda sevgilisi olmasın?” sualına isə belə cavab verib:

“Onsuz həyat yoxdur. Hansı kişi kənarda sevgilisi olmadığını deyirsə, yalançıdır. İstəyir bu söz mənim ziyanıma olsun, kiməsə xoş getsin deyə, yalan danışmayacam. Kişinin həyatında ikinci qadının olmaması mümkünsüzdür. Səmimi olmaq lazımdır. Kişilərin sevgilisi olmasını qınayırlar. Amma elə xanımlar var ki, ailəlidir, onların da sevgilisi var”.


Xəbəri paylaş

1 3448 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___