Nərimanov rayonunda karantin qaydalarını pozaraq onlayn yolla müştərilərə qəlyan sifarişi çatdıran şəxs saxlanılıb. Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törədərək sanitar-epidemioloji tələbləri pozan Rövşən Ağayev tutulub.
DİN-in mətbuat xidmətindən verilən məlumata görə, araşdırma zamanı onun qəlyan avadanlıqlarının onlayn yolla çatdırılmasını təşkil etdiyi məlum olub. Faktla bağlı Rövşən Ağayev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Toplanmış material rayon məhkəməsinə göndərilib və məhkəmənin qərarı ilə Rövşən Ağayev 8 sutka inzibati qaydada həbs edilib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən daha bir tədbir zamanı yaşadığı evdə karantin qaydalarını pozaraq müştərilər qəbul edib onlara pul müqabilində qəlyan təklif edən paytaxt sakini Nurlan Hüseynov da saxlanılıb. Onunla birlikdə qəlyandan istifadə edən daha 3 şəxs də Polis İdarəsinə dəvət edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək hər biri 200 manat cərimə ediliblər. Yaşadığı evdən qəlyanxana kimi istifadə edən Nurlan Hüseynov barəsində də protokol tərtib olunaraq qərar qəbul edilməsi üçün toplanmış material Nərimanov Rayon Məhkəməsinə göndərilib.
Bakıda yaşadığı evi qəlyanxanaya çevirən şəxs HƏBS EDİLDİ - VİDEO
Tarix: 13-08-2021 | Saat: 13:29
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
2968 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-08-2021 | Saat: 13:29
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
23-02-2017, 19:26
Kişi qadının xarici görünüşünə qarışırsa... - ONU TANIYIN
23-03-2018, 12:14
Sürücülərin nəzərinə! - Bu yollarda hərəkət məhdudlaşdırılacaq
8-06-2018, 10:07
Dilarənin maşınından 2 min manat oğurladılar
17-05-2017, 09:51
Maqsud İbrahimbəyovun xatirə gecəsi keçirilib
19-03-2015, 13:38
Avropa Oyunlarının ilk biletini İlham Əliyev aldı
5-07-2016, 19:39
“Kənan heç vaxt sənətdə qarşımı kəsmir“
21-09-2016, 13:06
ANS-in taleyi ilə bağlı bu gün qərar veriləcək
12-05-2015, 23:40
Qarabağdan xəbər Burada demək olar ki, yaşayış yoxdur. - VİDEO