Əncirlə süd - 10 dərdə dərmandır
Tarix: 13-08-2021 | Saat: 10:41
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
2738 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 13-08-2021 | Saat: 10:41
Bölmə:Karusel / Səhiyyə | çapa göndər
İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik.
Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?
əncirin insan sağlamlığına möcüzəvi faydaları ilə yanaşı, qurudulmuş ənciri südün içərisində saxlayıb içmək iki qat daha faydalıdır. Südlü əncirin insan sağlamlığı üçün möcüzəvi təsiri haqqında maraqlı faktları təqdim edirik:
Əncirlə südün birlikdə qarışımından alınan ləziz qida orqanizmi zəngin vitaminlərlə təmin etməkdən əlavə qəbizlik, öskürək, boğaz ağrısı kimi bir çox xəstəliklərin də qarşısını alır.
Qəbizlik üçün əncirli südü necə istifadə etməli?
Südü qazın üzərində qaynadın. Qaynayan südün içərisinə 3 və ya 4 ədəd əncir qurusu əlavə edib qarışdırın. Əncirlə birlikdə 5 dəqiqə qaynatdıqdan sonra, qarışımı blenderdən keçirin. Pürə halına gəldikdən sonra qatı halda olan qarışımı ilıq vəziyyətdə için. Bu qarışımı həftədə 2 dəfə etməniz kifayətdir. Ən az 1 ay sonra qəbizlik probleminə vida edəcəksiniz.
Öskürək üçün əncirli südün hazırlanma qaydası
Ümumiyyətlə əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı qaynadılmamış (çiy) südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.
Əncirli süd qarışımı boğaz ağrısının da dərmanıdır:
2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır.
Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.
Xəbəri paylaş
Digər xəbərlər
3-12-2015, 11:11
Türkiyədə 5,5 bal gücündə zəlzələ baş verib
11-03-2015, 22:24
Pakistan prezidenti Azərbaycandadır - YENİLƏNİB
25-09-2016, 19:26
Göygöldə toy yasa döndü: ölən və yaralananlar var - FOTO
19-05-2021, 14:55
Şəbnəm Tovuzludan Vəfaya TƏHDİD: “Əlimdə öləcəksən”
24-09-2016, 11:07
Övlad tərbiyəsindəki beş açar
17-04-2017, 22:41
Adriana Lima, Pasxa üçün soyundu!
17-03-2016, 09:27
FES uçot dərəcəsini dəyişmədi: dollar ucuzlaşır