Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məhərrəm ayında toy etmək olar? - Hacı Surxay və Elşad Miri qarşı-qarşıya
Tarix: 11-08-2021 | Saat: 09:38
Bölmə:Karusel / İbadət | çapa göndər


Bu gündən etibarən Hicri-Qəməri təqvimi ilə məhərrəm ayı başlayıb. Miladi təqvimi ilə avqustun 10-u məhərrəm ayının ilk günüdür.

Beləliklə, Hicri-Qəməri təqvimi ilə 1442-ci il başa çatıb və 1443-ci il daxil olub. İmam Heseynin şəhadəti əsas gətirilərək yas saxlanılan bu ay illərdir ki, toy etməməklə adət- ənəmizə qatılıb desək yanılmarıq. Bununla yanaşı, bəzi insanlar məhərrəm ayında toyların keçirilməsində heç bir qəbahət olmadığını deyir. Maraqlıdır ki, Bakıdakı bəzi şadliq evlərində də məhərrəm ayının ilk günündə toy mərasimləri var.

Əslində necə olmalıdır? Günümüzdə məhərrəm ayında toy etmək dini və dünyəvi baxışdan necə dəyərləndirilir?

Mövzu ilə bağlı "Cümə" məscidinin dini icmasının rəhbəri, Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurasını üzvü Hacı Surxay Məmmədli danışıb. O, məhərrəm ayının Qurani- Kərimdə haram, eyni zamanda müharibələrin qadağan olunduğu ay olduğunu deyib:

"Ümimiyyətlə, məhərrəmlikdə hüzn ilə yanaşı, ədalət və hünər simvolizə olunur. İmam Hüseynin şəhidliyində qürur, hünər və şacaətin təzahürünü görürük. Azərbaycanda məhərrəmlik mərasimləri və Aşura mədəniyyəti həmişə olub. Bu, Azərbaycan xalqının qan yaddaşına yazılıb. Toyların keçirilməsinə gəldikdə isə bildirim ki, Məhəmməd Füzulinin bir beyti var. Orada deyilir - “Mahi-Muhərrəm oldu, məsərrət haramdır”. Yəni məhərrəm ayı gələndə sevinmək haramdır".

Hacı Surxay Məmmədli sözügedən ayda toy etməyin icazəli olmadığını bildirib:

"Təsəvvür edin ki, bir insanın şəhidi varsa, o insan necə toy edə, sevinə bilər?! Ona görə də məhərrəm ayı islam ümməti üçün ağır, qəm - qüssəli ay kimi tarixə düşüb. 14 əsr bundan öncə İmam Hüseyn insanın necə olması və necə yaşamalı olduğu haqda fikirlərini bütün dünyaya bəyan etdi. İmam Hüseyn bütün məzhəblərin ortaq dəyəridir".

Mövzuya məşhur ilahiyyatçı Elşad Miri də münasibət bildirib. O, din xadiminin fikirləri ilə müqayisədə əks mövqedən çıxış edərək, Azərbaycanın müxtəlif bölgələrində məhərrəm ayında əsrlərdir ki, toy edildiyini bildirib. Qurani-Kərimdə hansısa ayda toy edib - etməməklə bağlı məsələnin olmadığını da deyib :

"Bu ayda toy etmək heç bir zaman ailə quran şəxslərin boşanmasına, uşaqlarının olmamasına, ailələrinin dağılmasına, müəyyən uğursuzluqların baş verməsinə gətirib çıxarmayıb. Bunlar yalan, mif, uydurmadır. Sonuncu peyğəmbər Məhəmməd peyğəmbərin dövründə hansısa aylarda toy etməmək anlayışı varmı? Yoxdur. Təsəvvür edin ki, Məhəmməd peyğəmbərimizin sağlığında 3 qızı, oğlu, xanımları, yaxın qohumları, dostları vəfat edib. Bununla bağlı məsələ qaldırılıbmı ki, hansısa ayda toy etməyək? Həmin günlərdə şənlənməyək? Xeyr, buna rast gələ bilməzsiniz.

Peyğəmbərin digər nəvəsi olmayıbmı? Bu anlayışın alt tərəfində siyası yanaşma ola bilərmi? Heç bir zaman demirəm ki, imam Hüseyni sevməyin. Sevgi içdən gəlməlidir, sevgi özünü zəncirləmək deyil. Sevgi həmin şəxs kimi zülmün qarşısında etiraz etmək, haqsızlığa baş əyməmək, yaltaq olmamaqdır. Sevgi həmin insanın həyatını nümunə götürməkdir. Yığışıb onun adına qan çıxartmaq sevgi deyil”.

Elşad Miri məhərrəm ayında toy etməməklə bağlı heç bir qadağanın olmadığını bildirib:

"Pandemiya məsələsini də bəhanə gətirib insanları toy etməkdən uzaqlaşdımağın heç bir mənası yoxdur. Kim toy etmək istəyirsə, bilsin ki, heç bir günah etmir. Allahın buyurduğu şəkildə toy edə bilərlər".





Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___