Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“İl yarım dözmüşük, 2 ay da dözərik...” - Şadlıq evləri bu il də ənənəyə sadiq qalacaq
Tarix: 07-08-2021 | Saat: 11:16
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər


Avqustun 10-dan etibarən Azərbaycanda Məhərrəm ayı başlayır. Ölkəmizdə ənənəvi olaraq hər il bu ay müddətdində əksər şadlıq sarayları toy, nişan mərasimlərinin keçirilməsini dayandırırlar. Sual olunur ki, görəsən bu il də toylar keçirilməyəcəkmi?

Nəzərə olsaq ki, ötən il martın 15-dən pandemiya səbəbindən istər Bakı, istər regionlarda xidmət göstərən şadlıq sarayları bağlı qalmış, heç biri müştəri qəbul etməyib. Yalnız bu il iyulun 1-dən şənlik mərasimlərinin keçirilməsinə icazə verilib. Yəni il yarımdan çox ölkənin ən gəlirli sahəsi olan toy biznesi çökmüşdü. Şadlıq saraylarının sahibləri dəfələrlə qeyd edirdilər ki, yüzlərlə ofisiant, qabyuyan, kababçı aylardır işsiz qalıb. Toylardan qazanan kameramanlar, fotoqraflar, musiqiçilər də şadlıq evlərinin açılacağı günü səbirsizliklə gözləyirdilər. Toylara icazənin verilməsini yalnız şadlıq sarayının heyəti gözləmirdi. Övladına el qaydası ilə toy edə bilməyən əhali də qadağaların aradan qaldırılması üçün bir il idi ki, dualar edirdi.

Bəs görəsən, bu il Məhərrəmlik ayında insanlar əvvəlki kimi dini inanclarına, ənənlərinə sadiq qalacaqlar? Şadlıq sarayları məhərrəmlik ayından gələn sifarişlərə imtina edəcəkmi?

Mövzu ilə bağlı bir neçə şadlıq sarayı ilə əlaqə saxlayaraq sualımıza cavab tapmağa çalışdıq.

“Gilavar” şadlıq sarayında Məhərrəm ayında toy olmayacaq. Restoranın adminstratoru Sahib bizimlə söhbətdə bunu bildirdi: “Şəxsi biznes fəaliyyəti olduğuna görə qərarı özümüz veririk. Hər il Məhərrəm ayında necə edirdiksə, bu il də elə olacaq. Ayın 10-u üçün sifarişlər çoxdur, amma imtina etmişik. Yalnız 8-10 nəfərdən ibarət toplaşmağa icazə veriləcək. Məhdud sayda insanın iştirakı ilə ad günü məclislərinə də icazə veriləcək”.

“Nazlı saray”ın adminstratoru Rasim Məmmədov isə bildirilib ki, avqustun 10-dan tamamilə fəaliyyətlərini donduracaqlar: “Hər il ənənəni qorumuşuq, Məhərrəm ayında restoranın fəaliyyətini tamamilə dayandırırdıq. Bu il də o ənənəni pozmayacağlıq. Baxmayaraq ki, bu il pandemiyaya görə ziyana düşmüşük. Amma il yarım dözmüşük, iki ayı da dözərik”.

İnzibatçı onu da qeyd edib ki, toy üçün çoxlu sifarişlər daxil olub: “6-7 təklif ayın 10-u üçün gəlib. Müştərilər bizə bildirdilər ki, imtina etdiyimiza görə başqa restoranlarda yer götürüblər. Ad gün kimi kiçik məclislərin də keçirilməsinə icazə verilməyəcək. Hər il qorumuşuq, bu il də qoruyacağıq. Yalnız oktyabrın 7-dən sonra işimizi bərpa edəcəyik”.

“Pluton Hall” şadlıq sarayından adminstratoru Telman Nəsibov da qeyd edib ki, avqustun 10-dan işləməyəcəklər: “Hələ ki, avqustun 10-dan sonrakı vaxt üçün müraciət edən yoxdur. Biz ümumiyyətlə Məhhərəm ayında tamamimlə işimizi dayandıracağıq. Hətta kiçik məclislər üçün müraciət edən olsa belə, təklifin qəbulu qeyri-mümkündür. Çünki işdə olmayacağıq”.

“Arena” şadlıq sarayının adminstratoru Cəfər Məmmədov də bildirib ki, məhərrəm ayı başlayandan restoran fəaliyyətini dayandıracaq: “Biz heç vaxt məhərrəmlikdə toy etməmişik. Bu il də o qaydada davam edəcəyik. Düzdür, 1-2 nəfər müraciət edib. Hər kəsə də elan etmişik ki, ayın 10-dan restoran bağlanacaq, bir də oktyabr ayında açılacaq”.

Yada salaq ki, Avqustun 10-dan etibarən Azərbaycanda müqəddəs Məhərrəm ayı başlayır. Avqustun 19-da isə Aşura günü olacaq. Bu il Məhərrəm ayında hansı dini ayinlərə icazə veriləcəyi hələ məlum deyil.
“Yeni Müsavat”


Xəbəri paylaş

4068 dəfə oxunub.

Digər xəbərlər
23-09-2015, 12:38 Məmməd Aslan vəfat etdi

bütün xəbərlər
____ Instagram ___