Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda gündəlik yoluxmanın 1000-i keçməsinə görə yeni tədbirlər alınacaq? - "Ciddi karantin rejimi barədə qərar..."
Tarix: 06-08-2021 | Saat: 16:50
Bölmə:Karusel / Gündəm | çapa göndər


Ötən gün Azərbaycanda koronavirus (Covid-19) infeksiyasına 1196 yeni yoluxma faktı qeydə alınıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.

Maraqlıdır, gündəlik yoluxmaların sayı 1000-i ötdüyü bir ərəfədə Azərbaycan sərt karantin rejiminə qayıdacaqmı? Proses hara doğru gedir?

Məlumata görə, tanınmış həkim-reanimatoloq Şahin Məmmədov qeyd edib ki, yoluxmalar artsa da, ağır xəstələrin sayında artım müşahidə edilmir:

"Ciddi karantin rejimi qərarı yoluxma sayına görə yox, xəstəxanalarda yer probleminə görə verilir. Hələ ki, yer problemi yoxdur. Bu baxımdan qapanmalara gediləcəyinə inanmıram”.

Mütəxəssis həmçinin bildirib ki, "Delta” variantının sürətli yoluxma qabiliyyəti olsa da, xəstəlik əsasən yüngül keçirilir.

Xatırladaq ki, indiyədək ölkədə ümumilikdə 348 min 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 333 min 913 nəfər müalicə olunaraq sağalıb, 5043 nəfər vəfat edib. Aktiv xəstə sayı 9118 nəfərdir.


0







Xəbəri paylaş

3218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___