Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası naməlum şəhid məzarları ilə bağlı ekshumasiya və tibbi-genetik ekspertizasının aparılması üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna müraciət edib.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, bununla əlaqədar, Respublika Hərbi Prokurorluğunun təqdimatı əsasında Bakı şəhəri Birinci Şəhidlər xiyabanında tanınmadan dəfn edilmiş 23, Bakı şəhəri İkinci Şəhidlər xiyabanında isə 9 şəhid məzarından meyitin qəbirdən çıxarılmasına (ekshumasiya) dair 3 iyun 2021-ci il tarixdə Bakı hərbi məhkəməsi tərəfindən qərarlar qəbul edilib.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibbi kriminalistik ekspertin iştirakı ilə eksqumasiyanın keçirilməklə tibbi-genetik tədqiqat üçün müvafiq nümunələrin götürülməsi təmin edilib.
Hazırda Respublika Hərbi Prokurorluğu və aidiyyati ərazi prokurorluqlarının iştirakı ilə zəruri tədbirlər həyata keçirilir.
İctimaiyyətə ətraflı məlumat veriləcək.
Bakıda 32 naməlum şəhidin məzarı açılacaq - RƏSMİ
Tarix: 03-08-2021 | Saat: 21:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
3278 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 03-08-2021 | Saat: 21:02
Bölmə:Karusel / Gündəm | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
16-07-2015, 21:17
Bakıda ağır qəza: Sıxlıq yarandı - FOTO
26-12-2021, 10:45
Azərbaycanda keçmiş deputatlığa namizəd intihar ETDİ
10-03-2018, 11:45
Azərbaycanlı aparıcını tanımadığı kişi küçədə döydü
16-07-2017, 23:06
Gözəllik salonuna gəlib arvadını döydü
12-07-2016, 20:11
Alçanı duza batırıb yeyənlərə XƏBƏRDARLIQ
13-05-2017, 17:33
Nazirlikdən qlobal virus epidemiyası ilə bağlı – AÇIQLAMA
11-02-2018, 11:39
Ramil Usubovdan yeni rəis təyinatı
11-03-2018, 17:32
Prezidentliyə namizədlər üçün son bir gün
11-05-2018, 12:07
Sulutəpədə əl qumbarası və patronlar aşkarlanıb -foto
3-06-2020, 13:33
İlham Əliyev Tərtərdə - FOTO-YENİLƏNİB