Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək
Bu yenilik ötən gün təsdiqlənən "2018-2020-ci illərdə azərbaycanda rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə dövlət proqramında öz əksini tapıb. Proqramda birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək. Xəzər TV bununla bağlı sujet hazırlayıb.
Bu, ötən gün ölkə başçısı tərəfindən təsdiqlənən "2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı"nın tətbiqi sayəsində mümkün olacaq.
Proqramın məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitini xeyli genişləndirmək, nağd dövriyyənin həcmini minimuma endirmək və nəticədə bank sektorunun maliyyə resursları bazasını gücləndirməkdir.
"Azexport.az" portalının rəhbəri Zaur Qardaşov deyir ki, əsas məqsədlərdən biri nağdsız ödənişləri təşviq etmək olduğu üçün bank və vergi sistemində islahatlar aparılacaq.
Rəqəmsal ödənişlərin tətbiqinin və istifadəsinin genişləndirilməsi iqtisadi dövriyyələri şəffaflaşdırmaqla, nağd pulla bağlı xərclərin, bank və müəssisələrin əməliyyat xərclərinin azalmasına gətirib çıxaracaq ki, bu da iqtisadi artıma təkan verəcək. Proqramın tətbiqi istehlakçılar üçün də xeyli səmərə verəcək.
İstehlakçıların rahatlığını və səmərəli ödəniş sistemini təmin etmək üçün birləşdirilmiş kartların hazırlanması və vahid bankomatların qurulması da nəzərdə tutulub.
Proqramda turizmin inkişafı məqsədi ilə əcnəbi turistlər üçün yeni kartların istifadəyə verilməsi də öz əksini tapıb. Bu kartlar vasitəsilə əcnəbilər üçün vergisiz alış-veriş və digər güzəştlər nəzərdə tutulub.
Kartlarda saxlanılan pensiya və maaşların üzərinə faiz gələcək - Şad xəbər!
Tarix: 28-07-2021 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
5958 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 28-07-2021 | Saat: 11:15
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
11-04-2015, 18:43
Azərbaycan millisi ötən ayla müqayisədə 24 pillə irəliləyib.
26-06-2017, 12:43
İstirahət günləri yol qəzalarında 5 nəfər ölüb, 14 nəfər xəsarət alıb
19-10-2015, 01:43
Qadın İstanbul hava limanında özünü asdı
14-02-2018, 01:45
Nazim Səfərov "Şərəfli Ömür" fəxri diplomuna layiq görülüb-Tərtər
4-03-2022, 08:43
Ukraynada AES-də başlayan yanğın söndürülüb - VİDEO - YENİLƏNİB
4-01-2017, 19:01
Avropanı avrodan imtina etməyə çağırdı
2-09-2021, 11:57
Əks-göstəriş sertfikatı necə alınır? - Qaydalar AÇIQLANDI
16-08-2015, 13:25
Rusiyada helikopter qəzası - 5 ölü
10-08-2018, 12:10
Bakıda kafedə musiqi üstündə oğlanı döyə-döyə öldürdülər — TƏFƏRRÜAT
21-05-2018, 10:37
Güzəştli mənzillər kimlərə verilməlidir?