Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Az miqdarda alkoqol ürək üçün faydalıdır? - Tədqiqatın nəticələri elan edildi
Tarix: 28-07-2021 | Saat: 10:50
Bölmə:Karusel / Maraqlı | çapa göndər


Britaniyalı alimlər ürək-damar xəstəlikləri olan insanlarda gündəlik istifadə etdikləri alkoqolun dozasından asılı olaraq infarkt, insult, stenokardiya və ürək tutmasından ölüm riskini qiymətləndiriblər. Gündə yarım stəkan şərab içənlər içməyənlərə nisbətən daha az riskə sahibdirlər. Gündə bir stəkan şərab və ya bir şüşə pivə içənlər də təxminən eynidir. 
Tədqiqatın nəticələri "BMC Medicine" jurnalında dərc edilib. 

London universitetinin alimləri İngiltərədəki və Şotlandiyadakı səhiyyə xidmətlərinin məlumat bazalarından, Britaniyanın "UK Biobank"ının və əvvəlki 12 araşdırmanın nəticələrindən istifadə ediblər. 

Ümumilikdə, ürək-damar xəstəlikləri olan 48 mindən çox kişi və qadının son 20 ildə infarkt, insult, stenokardiya və ya ürək tutmasından ölüm halları, habelə istifadə etdikləri alkoqol barədə məlumatlar toplanıb. 

Alimlər gündə 6 qram alkoqol qəbul edənlərdə ürək-damar xəstəliyi və ölüm riskinin minimum dərəcəsini aşkar ediblər.  

Müəlliflər həftədə 105 qrama qədər spirt içməyin ürək üçün təhlükəsiz olduğuna inanırlar. Bu da bir şüşə şərab və ya üç şüşə pivəyə bərabərdir.  

Daha çox içənlər üçün kəskin ürək xəstəliyi riski kəskin şəkildə artır. 


Xəbəri paylaş

7228 dəfə oxunub.

Digər xəbərlər
21-06-2016, 14:32 BDU-dan növbəti uğur

bütün xəbərlər
____ Instagram ___