“Azərbaycanda bu vaxta qədər 3 dalğa olub. İkinci və üçüncü dalğada Azərbaycan kifayət qədər tədbir görmüşdü, 60 mindən çox yataq hazırlaşmışdı. Üçüncü dalğada dövlət yoluxma sayına baxaraq, qapanmalara getməyi uyğun görmədi. 3-cü dalğa bizdə ona görə zəif oldu ki, ikinci dalğada bizdə yoluxan insanların sayı çox idi. Onların immuniteti hələ də qorunur. İkincisi, dövlət çox kritik yerlərdəki insanları, xüsusilə həkimlərin hamısını, tibb personalını və tibb bacılarını peyvəndləmişdi. Beləliklə, virusun yayıla bilən nöqtələrini bağladılar. Lakin 4-cü dalğa zamanı ikinci dalğada xəstələnmiş insanların immuniteti bitmiş olacaq.
Bu sözləri tibbi ekspert Vasif İsmayıl ARB kanalında deyib.
O, bildirib ki, 4-cü dalğa 3-cüdən güclü olacaq:
“Bu isə 100 minlərlə insan deməkdir. İkincisi, artıq peyvənd vurduranların qoruyuculuğu bitəcək və onlar 3-cü doza vaksin vurdurmalı olacaqlar. Azərbaycanda 4-cü dalğa avqustun ortasından sonra gözlənilir. Biz bunu təxmini hesablamalarımıza görə bilirik.
Qapanmalar mütləq olacaq. Azərbaycanda 4-cü dalğa 3-cüdən daha güclü olacaq. Dövlət ciddi şəkildə hazırlıq görüb. Hazırda xəstəxanalarda yerlər kifayət qədərdir. Xeyli dərmanlar alınıb. Hər şey hazırdır. Buna görə də “Evdə qal” kampaniyası və iş yerlərinin bağlanması olmaya bilər. Şəxsi fikrimə gəlincə isə, toylar və məclislər qadağan olunacaq. Bəlkə, idman salonları bağlanmadı”.
Azərbaycanda 4-cü dalğa daha güclü olacaq, qapanmalar mütləqdir - Ekspetdən SOS/VİDEO
Tarix: 24-07-2021 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
5268 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 24-07-2021 | Saat: 12:21
Bölmə:Karusel / Gündəm / Səhiyyə / M2 | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
6-03-2021, 19:44
Real TV-nin sahibini məhkəməyə verdilər: Milyonlara görə…
24-06-2016, 13:27
Əli Abdullayev nazir müavini təyin edildi
20-08-2016, 01:05
Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov Türkiyənin tanınmış iş adamı ilə görüşdü
11-04-2021, 14:53
Özbəkistan Qarabağda bir məktəbi bərpa edəcək
21-05-2015, 14:32
Tanınmışlar yanğından zərərçəkənlərə xəstəxanada baş çəkdilər - FOTO
29-09-2020, 13:00
Erməni əsgərlərinin meyitləri döyüş meydanında qalıb
31-07-2015, 23:40
Bilsəm, gəlinim 5-6 oğlanla danışıb, qovaram onu” (VIDEO)
11-10-2016, 21:19
Hil – xörək üçün ədviyyat və xəstəliklərə qarşı dərman
25-09-2019, 11:31
DSX və DİN-dən birgə ƏMƏLİYYAT-FOTO