Hazırda ən ucuz sintetik narkotik növü kimi bazarda tələbat olan və çox dövriyyə olunan"şüşə -patı" bütün Azərbaycanı cənginə alıb. Hər gün polis onlarla narkotik aludəçisi və satıcısını aşkarlayıb tutur.
Şüşə, patı deyilən maddə heroin, nəşədən çox fərqlənir. Hazırda yeniyetmələr - 14-17 yaş, hətta qızlar arasında geniş yayılıb.
Bəs ata-ana övladının bu narkotik maddəsinə qurşandığını xaricən, simasından hansı əlamətlərlə bilə bilər?
Narkomaniyanın müalicəsi ilə də məşğul olan Abdulla Şıxlınskidən patı şüşə istifadəsi zamanı görülən əsas əlamətlər barədə açıqlama alıb.
Həkim valideynləri diqqətli olmağa çağırıb və vacib tövsiyələrini verib.
"El arasında şüşə, patı adı ilə məlum olan, əslinfə tibbi adı metamfetamin olan narkotik maddədir.
Çox təhlükəli sintetik narkotikdir. Bu maddənin birinci dozasını qəbul edən kimi öyrəşmə, asılılıq yaradır.
Metamfetamin ilk dəfə Yapon alimləri tərəfindən müharibə dövründə sintez olunub. Yaponiya ordusunun əsgərləri heç vaxt yorğunluq hiss etməsinlər, aktiv və daha aqressiv olsunlar, nüharibə dəhşətlərindən qorxmasınlar.
Nəyə görə şüşə adlandırılır: çünki bu maddə kristal formasındadır, şəffafdır, sınmış şüşənin qəlpələrinə bənzəyir.
Bu maddə psixostimulyatorlar qrupuna aiddir. Onun təsirinin əsasında biokimyəvi proseslər durur: bu maddə bədənə daxil olandan sonra adrenalin, serotonin, dofaminin maddələrin miqdarını sürətlə həddən artıq təhlükəli miqdarda artırır. Stimulyasiya olunmuş psixika bundan sonra dayana bilmir.
Aşağıdakı əlamətlərə görə uşağın şüşə qəbul etdiyini bilmək olar:
- Göz bəbəkləri daralır, birinci qəbuldan sonra bu baş verir
- Sifət qızarmış olur
- Gözlər şüşəyə bənzəyir, donuq olur. Elə bu narkotikin şüşə adlandırılmasının bir səbəbi də budur
- Baxışları bir nöqtəyə dikilir
- İnsan yerində sakit otura bilmir, əl-ayaqlarını boş yerə tərpədir, ovuşdurur
- Hamının sözünü kəsir, özü durmadan danışır
- Ətrafdakıların onun sözenə reaksiyasına əhəmiyyət vermir
- Dəridə qaşınma çoxalır, uşaq özünü tez-tez qaşıyır
- Uzun müddət qəbul edirsə, bədəndə müəyyən yaralar əmələ gəlir. Xəstələrin çiynində, kürəyində irinli yaralar olur. Bu yaralar burun və ağız içində də ola bilər
- Ucadan qışqırararaq danışırlar, fikirləri bir-birinə bağlı olmur, təfəkkür qırıqlığı olur. Bir fikri bitirməmiş o birinə keçir. Nə danışdığı bilinmir. Danışıq tezləşir.
- Qarşısı alınmaz, səbəbsiz aqressiya, davaya meyillik, digərlərinə hücum etmə
- Tənəffüs səthi və fasiləli olur
- Nəbz çox tezləşmiş, sürətlidir
- Güclü yuxusuzluq başlayır, xəstədə həyəcan, təşviş, təlaş halları olur
Bu əlamətlərə görə övladınızdan şübhələnə bilərsiniz.
Bütün sintetik narkotiklər - "şüşə", "kokos", "spayz" hamısı oxşar əlamətlər verir. Xəstənin bu narkotiklərdən hansını və neçə müddətdir qəbul etməsini həkim narkoloq və psixiatr müəyyən edə bilər"
Övladınızın “patı"-“şüşə” çəkdiyindən necə şübhələnməli? - Bu əlamətlərə diqqət
Tarix: 23-07-2021 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
4668 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 23-07-2021 | Saat: 11:35
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
29-01-2023, 12:00
“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” - Şəhid xanımı
26-03-2016, 17:46
Bakıda Hyundai yandı — VİDEO
20-04-2017, 12:58
Azərbaycanda eşşək pendiri satılır - ŞOK QİYMƏT
30-05-2017, 14:02
Bugünkü valyuta hərracının nəticəsi açıqlanıb
26-04-2016, 15:19
Bu xəstəxanada daha bir xəstəni öldürdülər
14-08-2020, 17:51
Dollar yeni həftəyə belə başlayacaq
30-12-2016, 11:37
Erməni təxribatının qarşısını alan şəhidimizin - Fotosu
30-03-2015, 18:01
İntiqam-Qarabağ mövzusunda yazılmış Roman 3 cü Hissə
22-11-2017, 11:42
Britaniya səfirindən "Qarabağ"-"Çelsi" oyunu ilə bağlı paylaşım
4-05-2016, 20:12
Oğrulara qarşı sərt cəzalar tətbiq olunacaq