Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dünyanın ən qorxunc insanları: Minillərdir dünyadan xəbərləri yoxdur
Tarix: 22-07-2021 | Saat: 12:16
Bölmə:Karusel / Dünya / Maraqlı | çapa göndər


Yalilər əsasən Papua Yeni Qvineyada yaşayan bir qəbilədir. İndoneziyada da yaşayan Yali qəbiləsi dünyanın ən qorxunc icmalarından biri kimi tanınır. “Şərqdən gələn insan” mənasını verən Yali hanniballığı ilə tanınan qəbilələrdən biridir.
Yali qəbiləsi haqda məlumatları təqdim edirik.
Uzaq Şərq ölkələri - İndoneziya və Papua Yeni Qvineya dünyanın ən qəribə və ən təhlükəli qəbiləsinə ev sahibliyi edir. Dünyadan təcrid olunmuş şəkildə yaşayan Yali qəbiləsi öz qaydaları və ənənələri ilə həyatlarını davam etdirirlər. Coğrafi cəhətdən təcrid olunmuş şəkildə yaşayan yalilər buna bir ada xalqı olduqlarına görə borcludurlar. Beləliklə, qəbilə dünyaya olduqca qapalıdır.
Minillərdir başqa insanlarla təmasda olmadan yaşayan Yali qəbiləsi zamanla digər icmalardan tamamilə fərqlənib. Yalilərin yaşadığı kəndlərə çatmaq üçün saatlarla piyada getmək lazımdır. Çünki onların yaşadığı bölgələrə heç bir asfalt yol və ya hər hansı bir müasir nəqliyyat vasitəsi yoxdur.
Hər şeyə kənardan təhdid kimi baxan yalilər yaşadıqları bölgələrə gəlmək istəyənlər üçün müxtəlif tələlər qurdular. İndoneziya hökumətinin 1960-cı ilə qədər çata bilmədiyi bölgədə yaşayan Yali qəbiləsi son 60 ildə müasir insan və yeniliklərlə üz-üzə gəlməyə başlayıb. 1960-cı ilə qədər bölgə xalqının həyatı və tarixi haqqında demək olar ki, heç bir məlumat yoxdur. Qəbilə haqqında bilinən ən vacib şey kənardan gələnlərə qarşı qonaqpərvər olmamasıdır.
Yalilər dünyada qalan son adamyeyən qəbilələrindən biri kimi tanınır. Amma bununla bağlı məlumatlar da mübahisəlidir. Çünki bölgəyə çatmağı bacaranların apardıqları araşdırmalar və müşahidələr göstərir ki, yalilər gəlmələri qəbul etmirlər, amma onların qarşısına adamyeyən kimi də çıxmırlar. Bəzi tapıntılar hətta Yali qəbiləsinin üzüvlərinin vegeterian olduğunu göstərir. Amma hər iki iddia hələ də sübut olunmayıb. Tapıntılar göstərir ki, yalilər yaxın vaxtlara qədər müharibələrdə tutduqları düşmən tayfalarına mənsub insanları uzun müddət əsir saxlayıblar və bu insanlardan bir daha xəbər alınmayıb.
Tədqiqatçılar yalilərin əsir düşən düşmənlərini müqəddəs günlərində qurban verdiklərini düşünürlər. Amma bölgədə hələ hərtərəfli bir araşdırma aparılmadığı üçün bununla bağlı dəqiq məlumat yoxdur. Məlum həqiqət budur ki, yalilər əvvəlki qədər olmasa da, heç olmasa müqəddəs günlərində əsir götürdükləri insanları öldürürlər. Qəbilə üzvləri öldürdükləri bu insanların sümüklərindən aksessuar kimi istifadə edirlər.


Xəbəri paylaş

5648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___