Gəncə şəhər Baş Polis İdarəsi (ŞBPİ) və onun tabeli qurumlarının əməkdaşları Operativ Qərargahın qəbul etdiyi qaydaların yerinə yetirilməsinə nəzarət məqsədi ilə tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, ŞBPİ-nin Kəpəz rayon Polis İdarəsinin əməkdaşları aidiyyəti qurumların əməkdaşları ilə birlikdə keçirdikləri müvafiq tədbirlər nəticəsində bəzi şadlıq saraylarında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması aşkar edilib.
Belə ki, "Tural" və "Min Bir Gecə" şadlıq saraylarında təşkil edilən toy mərasimləri ilə bağlı məlumatların "icaze.e-gov.az" portalında qeydiyyatdan keçirilməyib. Həmin şadlıq saraylarının rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 25 gün müddətə inzibati qaydada həbs edilib.
ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində isə "Gəncə Palas" şadlıq sarayının müvafiq portalda qeydiyyat aparmayaraq toy məclisi keçirməsi məlum olub. Restoran rəhbərliyi barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər 10 gün müddətə inzibati qaydada həbs edilib.
"Min Bir Gecə"nin rəhbəri həbs olundu - Toya görə
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
6108 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 21-07-2021 | Saat: 11:05
Bölmə:Karusel / Hadisə | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
14-06-2019, 10:47
Azərbaycanda DƏHŞƏTLİ OLAY: 27 yaşlı gəlini uşağı ilə birgə...
28-02-2017, 19:37
"Şahinin yadigarı Seyid Əli. Dünya onun üçün davam edir".
20-10-2016, 09:59
2016-cı ilin 9 aylığının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir
2-12-2019, 10:22
Bakıda 41 yaşlı kişi iranlı tələbə qızı ölümlə hədələdi
27-12-2017, 11:48
Bərdədə yol polisi həyat yoldaşını niyə bıçaqladı?-TƏFƏRRÜAT
26-12-2021, 17:28
Azərbaycanda icra başçısı məhkəməyə verildi
30-11-2016, 12:09
DİQQƏT! Yanvarın 1-dən çörək BAHALAŞACAQ
6-03-2022, 03:51
Kadırov Zelenskiyə hakimiyyəti Yanukoviçə ötürməyi təklif edib:
6-04-2022, 00:12
Bakıda restoranın lifti qırılıb, 2 nəfər xəsarət alıb.
31-07-2016, 01:54
İdmançımız Çində 2-ci oldu - Foto