Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qurban bayramında yemək tövsiyələri: Bunları etmək olmaz!
Tarix: 20-07-2021 | Saat: 13:35
Bölmə:Karusel / Gündəm / İbadət | çapa göndər

Türkiyə Yaxın Şərq Universiteti xəstəxanasının qida mütəxəssisi Banu Özbingül Arslansoyu ət istehlakının artdığı Qurban bayramı zamanı diqqət yetirilməsi lazım olan tövsiyələr verib.
Mütəxəssis hipertoniya, ürək-damar xəstəliyi və bənzər xroniki xəstəlikləri olan insanların əti düzgün şəkildə istehlak etməli olduqlarını bildirib.
Onun sözlərinə görə, əti tərəvəzlərlə bişirmək məqsədəuyğun hesab olunur.
B.Ö.Arslansoyu qırmızı ətin yağ nisbətinin 20% olduğunu deyib. Xroniki xəstəlikləri olan şəxslərin yağsız və ya az yağlı ətə üstünlük verməsinin lazım olduğunu qeyd edən diyetoloq ətin qaynadılmış və ya "ızqara" şəklində istehlak edilməli olduğunu bildirib: "Əti qızartmamalıyıq, o, öz yağında bişirilməli, başqa yağ əlavə edilməməlidir. Ətdə E və C vitaminləri yoxdur. Buna görə də o, tərəvəzlərlə bişirilməlidir. Bu üsul həm qidalanma müxtəlifliyini təmin edəcək, həm də bəzi mineralların mənimsənilməsini artıracaq".
Mütəxəssis səhv bişirmə üsullarının kanserogen maddələrə yol açdığını söyləyib: "Yüksək od ətdə kanserogen maddələrin sərbəst buraxılmasına və B qrupu vitaminlərinin itməsinə səbəb olur. Bu səbəbdən yüksək istilikdə kabab hazırlanmamalıdır. Kömür közləri ilə ən az 15 santimetr məsafə olmalıdır. Kanserogen maddələrin meydana gəlməsini azaltmaq üçün yağlı ətlərdən çəkinin".
Banu Özbingül Arslansoyu qurbanlıq heyvanın kəsimindən sonra "sərt mortis" adlanan ölüm sərtliyinin meydana gəldiyini və bunun həzm probleminə səbəb olduğunu bildirib: "Bunun qarşısını almaq üçün ət kəsildikdən dərhal sonra 5-6 saat müddətinə (14-16 C) sərin bir yerdə, daha sonra 18-19 saat soyuducuda saxlanılmalıdır. Beləliklə, ət 24 saat saxlandıqdan sonra istehlak edilməlidir".
Bayram günü üçün bəslənmə tövsiyələri:
Günə yüngül səhər yeməyi ilə başlayın
Az və tez-tez qidalanın
Südlü və meyvəli desertlərə üstünlük verin
Bol su için
Fiziki fəaliyyətinizi artırın


Xəbəri paylaş

3108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___