Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Toyların ləzzəti gedib, insanların ruhu xarab olub" - Əməkdar artist
Tarix: 19-07-2021 | Saat: 10:49
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər


“Şükürlər olsun Allahın bu gününə, yavaş-yavaş toylardan dolanırıq. Bir parça tapıb yeyirik də, indi bundan sonra nə olacaqsa Allah özü bilir. Təki xalqımız salamat olsun, çünki xalq bir-birindən dolanır. Çox pis vaxta düşdük, Allah hamının ruzisini yetirsin. Bir çoxları deyir ki, hamı Moskvaya üz tutur, sən niyə getmirsən? Deyirəm ki, mənim Moskvada nə işim var? Bir manatım olsun, qapımın ağzında olsun. Nəyimə lazımdır durub burdan gedim ora? Nə bilirsən nə var nə nə yox orada? Yetimə gəl-gəl deyən çox olar, çörək verən az. Bir parça ruzim var, sənətim var. Başımın üstündə damım, övladlarım, 5 nəvəm var. Dünyanın bir rəhməti var, bir də lənəti, istəyirəm ki, rəhməti qazanım”.

Bunu açıqlamasında əməkdar artist, qarmon ifaçısı Gövhər Rzayeva deyib. O daha sonra əlavə edib.

“Toyların ləzzəti gedib, insanların ruhu xarab olub. Niyə? Hər yeri bağladılar, insanlar həvəsdən, ruhdan düşdü. Allah yenə də kömək olsun, deyiblər ki, palaza bürün, ellə sürün. Bir də görürsən ki, kimisə cərimə edirlər. Yolunu tapanlar da olur təbii ki. Allah axırımızı yaxşı gətirsin, biri var betər, biri də var bu betərin betərindəndir. Bizim kitabımız bağlanıb, dəftərimizə də qol çəkilib. Xalqın kaş bundan sonra üzü gülsün. İnsanları çox sındırdılar. Görək axırımız hara gedir? Birinə deyiblər ki, bu dünya belə gəlib, belə gedəcək, görəsən bunun axırı necə olacaq? Deyib ki, axıra qalan biləcək. İndi də axıra qalan biləcək” - deyə Gövhər Rzayeva deyib.

O daha sonra bir müddət əvvəl müğənnilik etməyə başlayan qızı Ülkəri bu yoldan çəkindirdiyini də bildirib.

“Qızım oxumadı, daha doğrusu, qoymadım, ora “balotadır”, akulalar var. Gərək səbrli olasan bu incəsənətdə. O qədər üzlər görürsən ki, pisi də var, yaxşısı da. O qədər insanlar görmüşəm bu sahədə. Başım həyatda nələr çəkməyib ki? Qara günə qalıb incəsənət. Kimlə dostluq edirsənsə et, məsafə saxlamaq yaxşıdır. Dost səni arxadan vurar, çünki zəif yerini bilir. Bu sahədə bir dostum var, o da Firuzə İbadovadır. Uşağlıqdan bir məhəllədə böyümüşük, analarımız rəfiqə olub. Bundan sonra dostu neyləyirəm? Allah bunlara bir az ağıl, səbr versin, yaxşı olsunlar. Bir-birlərini qırmasınlar, elə bir dünyanı tutub gedəcəklər. Daha fikirləşmirlər ki, heç kim heç nə aparmırlar, kəfənin də cibi yoxdur. Ataların bir sözü var, kələlər neyləyib ki, kərtənkələlər də nə etsin?” - deyə o bildirib.


Xəbəri paylaş

4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___