Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Klaviaturalar və sensorlu ekranlar uşaqlarda beyin inkişafına mane olurmu?
Tarix: 24-03-2015 | Saat: 16:08
Bölmə:Karusel / Səhiyyə / Maraqlı / M2 / Araşdırma | çapa göndər

Klaviaturalar və sensorlu ekranlar uşaqlarda beyin inkişafına mane olurmu?
Yeni tədqiqat göstərir ki, əllə yazmağı öyrənmək prosesi bizim ümumiyyətlə öyrənmək qabiliyyətimiz üçün faydalıdır.

Məhz buna görə də klaviaturalardan və sensorlu ekranlarından getdikcə daha çox istifadə olunması uşaqların oxu qabiliyyətinə ziyan vurur. Bu isə bütövlükdə təhsil siyasəti üçün çətinliklər yarada bilər.

Bütün dünya boyunca uşaqlar qələm və kağızla yazmağın əvəzinə kompüterlər və sensorlu ekranlardan istifadəyə daha çox vaxt ayırırlar.

Lakin bu, uşaqların inkişafına və yaradıcılığına ziyan vura bilərmi? Yeni tədqiqatlardan biri bu suala müsbət cavab verir.

BBC-nin Forum proqramı öyrənmə üzrə neyro-alim Karin Jameslə əllə yazmağı öyrənməyin uşaqların beyin inkişafı üçün mühümlüyü barədə söhbət edib.
Əl yazısı və klaviaturalar

Bu nəticələrin əldə olunması üçün ABŞ-ın Bluminqton şəhərindəki İndiana Universitetindən professor James hələ oxuya bilməyən uşaqların üzərində təcrübə aparıb.

Alimlər uşaqları iki qrupa bölüblər. Bir qrupa əllə, digər qrupa klaviaturada yazmaq öyrədilib.

Tədqiqatçılar uşasqların hərfləri necə öyrəndiklərini araşdırıblar, lakin onlar həm də uşaqların beyinlərinin maqnit rezonans təsvirləməsini almaqla beyin fəaliyyətini müşahidə ediblər. Bu yolla uşaqların əlifbadakı hərfləri öyrənməsinin onların beyninə təsiri araşdırılıb.

Onlar uşaqların beyinlərinin təlimdən əvvəl və sonrakı təsvirlərini alıblar. Bundan sonra müxtəlif qruplar arasında beyin fəaliyyətini hesablamaq üçün beynin oksigen qidalanması tutuşdurulub.
Əllə yazmaq oxu qabiliyyəti ilə bağlıdır

Alimlər aşkar ediblər ki, beyin əllə və kompüterdə yazmağın öyrənilməsinə müxtəlif cür reaksiya verir.

Əllə yazan uşaqlarda savadlı adamların yazıb-oxumasına oxşar beyin fəaliyyəti müşahidə edilib. Eyni hal klaviaturalarda yazan uşaqlarda müşahidə olunmur.

Belə görünür ki, uşaqlar əllə yazmağı öyrənərkən beyin yazı prosesinə fərqli reaksiya verir və əl yazısı ilə oxu arasında bağlılıq yaranmış olur.

"Beynin rentgen təsvirləməsindən alınan məlumatlar göstərir ki, əllə yazmaq uşaqlarda beynin oxumaq sisteminə təkanverici təsir göstərir" – deyir professor James.
Professor James bildirir ki, hərflərin əllə yazılmasının tələb etdiyi bacarıq öyrənmə inkişafının bir çox başqa sahələri üçün faydalı ola bilər.
Məktəblərdə kompüterlər?

Tədqiqat nəticəsində məlum olmuş faktlar təhsil siyasəti üçün əhəmiyyət kəsb edir.

Professor James düşünür ki, "Dünyanın müəyyən yerlərində kompüterlərin məktəblərə uşaqların erkən yaşlarında daxil edilməsindəki tələskənlik əks nəticə verə bilər".

Bir çox ABŞ məktəblərində müəllimlərin əllə yazması könüllü əsasa keçirilib və əksər ali məktəblər bu fənni tədris etmirlər.

Alimin fikrincə, klaviaturalardan istifadəyə getdikcə daha çox vaxt ayrılır və hətta əllə "çap hərfləri" ilə yazılmasının da əhəmiyyəti azalır.

Problemin həllərindən biri də planşetlərdə əl yazısından istifadə ola bilər, beləki bu halda əl və qələmin fəaliyyəti gərək olur.

Lakin professor James-in tədqiqatı əllə yazmağı öyrənməyin səmərəli alternativi ola biləcək başqa bir vasitənin mümkünlüyü barədə sualı açıq buraxır.


Xəbəri paylaş

8528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___