Vətən müharibəsi başlayanda heç tərəddüd etmədən könüllü olaraq döyüşlərə yollandı.
Qəhrəmancasına vuruşaraq bir qolunu itirdi. Sumqayıtda yaşayan Qazi Mirağanının bu gün toyu olub. Uşaq vaxtı doğmalarını itirən qazimiz üçün dostları tanışları səfərbər olublar. Ən sevincli günündə onu yalnız buraxmayıblar. Toyun bütün xərcini isə bəyin dostu öz üzərinə götürüb.
Bəy hərbi geyimdə Vağzalı sədaları altında məclisə daxil olur. Ətrafında isə yalnız dostları və yeni tanış olduqları şəxslər var.
Görüntülər Sumqayıtda ikinci qarabağ müharibəsi zamanı bir qolunu itirmiş qazi Mirağa Mirzəzadənin toy məclisindəndir.
Uşaq ikən doğmalarını itirən Mirağaya toyu , yaxın dostu Xəyal Xəlilov təşkil edib. Qazimiz 44 günlük vətən müharibəsində Füzuli, Xocavənd, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərində könüllü iştirak edərək qəhrəmancasına vuruşub...
Qazimizlə fəxr etdiyini bildirən bəyin ömür gün yoldaşı Əntiqə xanım bu nigaha könüldən razı olduğunu deyir.
Toyun təşkilatçısı Xəyal Xəlilov cütlüyə xoşbəxtlik arzulayır.O dostunun bütün anlarında onunla bərabər olub, sevincinə sevinc qatıb.
Toy mərasimində iştirak eliyənlər qazimizə xoş arzularını çatdırılblar.
Sumqayıtda QEYRİ-ADİ TOY: Bəy hərbi formada gəldi - VİDEO
Tarix: 16-07-2021 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
4468 dəfə oxunub.
Digər xəbərlər
Tarix: 16-07-2021 | Saat: 11:36
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Xəbəri paylaş
Digər xəbərlər
19-06-2015, 19:59
Mini geyinən qadınlar bu həqiqəti bilmirdi
7-12-2017, 12:04
Bu yollarda sürət həddi endirildi
7-02-2022, 14:55
Nərimanovda “Köz dönər”də yanğın - FOTO
2-09-2018, 11:45
Havadakı kəskin qoxunun səbəbi açıqlandı
17-04-2017, 16:17
Dünyaya səs salacaq film gəlir - "Mübariz" - VİDEO
30-04-2016, 16:05
Erməni şərhçi Sarkisyan hakimiyyətini ifşa etdi - "Bu qətliamı azərbaycanlılar yox, ruslar törədib"
22-10-2017, 11:48
Cəbhədən SON XƏBƏR
19-10-2015, 15:30
Ziya Məmmədov işə çıxdı
22-12-2015, 14:52
“Əcəb olub, dollar qalxıb, məni sevindirir… – Xalq artisti