Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fahişəni öldürdü, hakim azadlığa buraxdı - Azərbaycanda FİLM KİMİ cinayət
Tarix: 15-07-2021 | Saat: 13:38
Bölmə:Karusel / Hadisə | çapa göndər


Şəmkirdə 12 il əvvəl fahişəliklə məşğul olan qadını öldürməkdə təqsirləndirilən Elbrus Bayramovun cinayət işinin detalları məlum olub.

E. Bayramov 12 il əvvəl cinayəti törədərkən anlaqsız hesab edildiyindən onun barəsində məcburi müalicə təyin edilib və Respublika Psixiatriya Xəstəxanasına göndərilib. 12 il sonra sağaldığı üçün E.Bayramov yenidən məhkəmə qarşısına çıxarılıb.

İttihama görə, E. Bayramov Şəmkirin Düyərli kəndində sərxoş halda Tamilə Məmmədovanın evinə gedib. O, T. Məmmədova ilə cinsi münasibətdə olduqdan sonra pulunu (10 manat) vermədiyi üçün aralarında mübahisə yaranıb. Mübahisə zamanı E. Bayramov T. Məmmədovanı boğaraq qətlə yetirib, daha sonra evini yandırıb. İş üzrə maddi zərər 10 min manat təşkil edib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Elbrus Bayramov özünü təqsirli bilməyib və deyib ki, Tamiləni həmkəndlisi kimi tanıyıb: “O, pozğun həyat tərzi keçirib və əxlaqsızlıqla məşğul olurdu. Tamilənin evinə bir dəfə getmişəm. Ondan sonra onun evinə getməmişəm, onu mən öldürməmişəm. Onu kimin öldürdüyündən də xəbərim yoxdur”.

Lakin ibtidai istintaq zamanı dindirilən Elbrus Bayramov ifadələrində Tamilə Məmmədovanın yüngül həyat tərzi keçirdiyini və dəfələrlə onunla görüşdüyünü bildirib: “İlk dəfə hadisədən təxminən 2 ay əvvəl tanışlarım Elçin və Səlahiyyəddinlə birlikdə Tamilə Məmmədovanın evinə getmişəm. O, bizdən nə üçün gəldiyimizi soruşdu. Biz də gəlişimizin məqsədini ona açıqladıq. Bundan sonra Tamilə qapını içəridən bağlayıb bizi evə dəvət etdi. Özümdə olan 10 manat pulu Tamiləyə vermək üçün Səlahiyyəddinə verdim. Səlahiyyəddin də mənim yanımda pulu ev sahibəsinə verdi. Birinci Səlahiyyədin sonra isə mən Tamilə ilə cinsi əlaqədə olduq. Bundan sonra Tamilə həyətə düşüb qapıdan küçəyə baxdı, heç kimin olmadığını görüb bizi həyətdən yola saldı. Həmin görüşdən sonra mən dəfələrlə Tamilə Məmmədovanın evinə getmişəm”.

Təqsirləndirilən şəxs ilkin ifadəsində Tamilə ilə sonuncu görüşündən də danışıb: “Həmin gecə növbəti dəfə onun evinə getdim. Ora gedəndə qonşu Mais məni gördü. Həyət qapısını döydüm, Tamilə qapını açıb məni evə dəvət etdi”.

E. Bayramov bildirib ki, həmişə olduğu kimi evin sağ tərəfində olan otaqda divanda qadınla cinsi əlaqədə olub: “Lakin pulum olmadığı üçün tez-tələsik paltarlarımı geyinib evdən getmək istədim. Amma Tamilə Məmmədova arxamca gəldi və qolumdan tutub pulunu tələb etdi. Ona görə də aramızda mübahisə yarandı. Mübahisə zamanı o, polisə şikayət edəcəyini və başıma oyun açacağını bildirdi. Tamilənin bu hədələrinə əsəbiləşdim və onun gicgah nahiyəsinə yumruqla zərbə endirdim. O, arxası üstə döşəməyə yıxıldı. Boğazından yapışıb boğmaq istəyərkən əlimi cırmaqladı. Sonra əlimdəki maykanı Tamilənin boğazına dolayıb onu boğdum”.

İttiham olunan şəxs qeyd edib ki, Tamiləni öldürəndən sonra evi yandırıb: “Törətdiyim hadisəni ört-basdır etmək üçün arxa otaqdan 3 litrlik qabda olan nefti götürüb evin döşəməsinə tökdüm və kibritlə alışdırdım. Sonra evin arxasına keçib qonşunun hasarında olan qapı yerinə dirənmiş şiferi yerə yıxıb küçəyə çıxaraq evimizə qaçdım. Həmin hadisəni törətməyim barədə ailə üzvlərimə və digər şəxslərə məlumat vermədim”.

Zərərçəkmiş şəxs hüquqi varisi qismində dindirilən Kəmalə Məmmədova deyib ki, mərhumun qızıdır. Onun sözlərinə görə, atası 1985-ci ildə vəfat edib: “Atamın ölümündən sonra mən nənəmin evində yaşayırdım. 1998-ci ildə ailə qurduqdan sonra ər evinə köçdüm. Həyatı dərk etdiyim dövrdən anamla aramda uçurum yaranmışdı. Bunun səbəbi isə anamın qeyri-əxlaqi həyat tərzi keçirməsi olub. Ailə qurduğum ilk illər ərzində anamla görüşərkən, hər dəfə ağlayır, onu düzgün yola qaytarmaq istəyirdim. Lakin buna nail ola bilmədim. Son 3-4 il ərzində həm özüm, həm də həyat yoldaşım anamın evinə getmirdik. Hazırda təqsirləndirilən şəxslə barışmışıq, bizə dəymiş ziyan tam olaraq ödənilib. Ondan heç bir şikayət və tələbimiz yoxdur”.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü E. Bayramov 9 il müddətinə azadlıqdan məhrum edilib. Onun 11 il müddətində Respublika Psixiatriya Xəstəxanasında saxlanılması nəzərə alınaraq cəzasını çəkmiş hesab edilib və azadlığa buraxılıb.




Xəbəri paylaş

6678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___