Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İşdən çıxarılan direktor məktəbdə “moyka” ...
Tarix: 12-08-2015 | Saat: 12:34
Bölmə:Karusel / Təhsil / M2 / Araşdırma | çapa göndər

İşdən çıxarılan direktor məktəbdə “moyka” ...


Təhsil nazirinin işdən çıxardığı məktəb direktoru ilə bağlı maraqlı məqamlar üzə çıxıb

Yasamal rayonunda yerləşən 158 nömrəli məktəbin direktoru Zemfira Səmədova heç də yaş senzi ilə əlaqədar işdən çıxarılmayıb.


25 ilə yaxındır məktəbin direktorluğunu edən Z.Səmədovanın işinə nazirlik məktəbdə apardığı yoxlamadan sonra xitam verib. Məlumata görə, direktor Z.Səmədovanın bütün ailə üzvləri məktəbdə çalışırmış. Xanım direktorun həyat yoldaşı Orxan Səmədov məktəbin mühafizə xidmətini həyata keçirib. Direktorun bir oğlu və Sevinc adlı qızı da uzun müddətdir 158 nömrəli məktəbdə işləyir. Məlumata görə, Sevinc müəllimə hazırda da məktəbdə iqtisadiyyat fənnindən dərs deyir. Mənbə qeyd edib ki, 2013-cü ilə qədər məktəb təmirsiz olub və təmirə qədər direktor məktəbin bir hissəsini avtoyuma servisi kimi icarəyə verib. Məktəb əsaslı təmir edildikdən sonra isə servis ləğv edilib.

Xatırladaq ki, Təhsil Nazirliyi Yasamal rayonunda yerləşən 158 nömrəli orta məktəbdə yoxlamalar aparıb. Aznews.az-ın məlumatına görə, yoxlamalar nəticəsində məktəbdə bəzi qanun pozuntuları aşkarlanıb. Nəticədə məktəbin direktoru Zemfira Səmədova işdən çıxarılıb. Faktı 158 nömrəli məktəbdən təsdiqləyibilər.(axar.az)


Xəbəri paylaş

7868 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___