Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda “Delta” anormallığı: - Bir yanda həyəcan siqnalı, digər yanda susqunluq
Tarix: 14-07-2021 | Saat: 15:12
Bölmə:Karusel / Səhiyyə / M2 | çapa göndər


İyulun 13-də Səhiyyə Nazirliyi (SN), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) birgə məlumatında bildirilirdi ki, Azərbaycanda 31 nəfərdə “Delta” ştammı aşkarlanıb. Məlumata görə, ölkəmizdə epidemioloji vəziyyətin nəzarətdə saxlanılması üçün görülən tədbirlər çərçivəsində Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Genetik Diaqnoz Mərkəzində SARS-CoV-2 virusunun genetik variantlarına dair mütəmadi analizlər aparılır. Aparılan araşdırmaların növbəti mərhələsində son dövrdə ölkə xaricindən gələn şəxslərdən alınmış nümunələrdən 31-də B.1.617 (Delta) variantı, 9-da B.1.1.7 (20 Alpha V1, Britaniya) variantı aşkar olunub.

Maraqlıdır, ölkəyə gələn hər kəs test olunursa, necə ola bilər ki birdən-birə 31 nəfərdə “Delta” ştammı aşkarlanır?

AVRO-2020 oyunları ərəfəsində ölkəmizdə COVID-19 statistikasında yoluxanların sayında azalmanın, oyunlar bitər-bitməz isə əksinin qeydə alınması, həmən ardınca da “Delta” ştammının aşkarlanması əksər insanlarda bu açıqlamalara inamsızlıq yaradıb. İnsanlar karantin qaydalarına ciddi əməl etməməkdə qınanılsa da, epidemioloji vəziyyətlə bağlı bu cür gedişat COVID-19-la bağlı şübhəli məqamlar ortaya çıxarır.

AYNA mövcud vəziyyətin yaratdığı suallara, şübhələrə aydınlıq gətirməyə çalışıb.

Ölkəmizin baş infeksionisti Təyyar Eyvazovla əlaqə saxlasaq da, suallarımıza cavab ala bilmədik. Çünki baş infeksionist hazırda məzuniyyətdə olduğunu dedi: “Mən məzuniyyətdəyəm, bu dəqiqə başım da başqa şeyə qarışıqdır”.

İTSDA-nın İctimaiyyətlə Əlaqələr Departamentindən isə bildirdilər ki, onların bu suallara cavabı yoxdur: “Səhiyyə Nazirliyinə müraciət edin”.

SN və TƏBİB də səssizliyini qorudu. İsrarlarımıza baxmayaraq, zənglərimiz açılmadı, suallarımız görülsə də, cavab gəlmədi.

İnfeksionist həkim Nicat Əzimli ölkəmizə keçən hər kəsin test olunduğu halda “Delta” şatmmının necə gəlməsi ilə bağlı sualımıza cavabında bildirdi ki, test hər zaman doğru nəticə göstərmir: “Bəzən yanlışlıqla neqativ nəticələr olduğundan, xəstə və ya daşıyıcı bir şəxs başqa ölkədən virusu özü ilə gətirə bilər”.

Həkim Adil Qeybulla “Delta” ştammı ilə bağlı qeyd etdi ki, epidemioloji vəziyyət pisləşərsə, karantinin sərtləşdirilməsi qaçılmaz olacaq: “Verilən qərarlar, karantin qaydalarının sərtləşdirilməsi epidemioloji vəziyyətdən asılıdır. Azərbaycanı əhatə edən ölkələrdə - Rusiyada, Gürcüstanda, Türkiyədə “Delta” ştammı aşkarlanıb. Rusiyada artıq situasiya xeyli ciddiləşib. Hesab edirəm ki, Azərbaycan da bunu nəzərə almalı və müəyyən karantin tədbirlərinə hazır olmalıdır”.

Həkimin sözlərinə görə, əgər epidemioloji vəziyyət pisləşərsə, üçüncü dozanın vurulması ehtimalı da nəzərə alına bilər: “Virus bütün yaş qruplarında, o cümlədən də 12-20 yaş arasında olan qruplarda da olur. Xəstəlik daha tez aşkar olunur. Əsas əlamətləri halsızlıq, yüksək temperatur, miqren tipində baş ağrıları, boğazda ağrı, öskürək və rinitdir (burunun iltihabı). Britaniya ştammı ilə müqayisədə 1.85 dəfə daha artıq yoluxucu sayılır. Artıq 98 ölkədə qeydə alınıb və ən acınacaqlı epidemioloji vəziyyət Hindistanda qeydə alınıb. Çünki Hindistanda əhali sıxlığı çoxdur”.

“Təmas çox olduğundan yoluxma da çox oldu. Dünyada dördüncü dalğanın və yeni növ pandemiyanın başlamasının qarşısını almaq üçün xeyli işlər görülür, kütləvi vaksinasiya gedir. “Delta” ştammına qarşı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qeydə aldığı vaksinlər - “Pfizer-BioNTech”, “Moderna”, “Johnson & Johnson” və “AstraZeneca” peyvəndləri yeni ştamlara qarşı öz həssaslıqlarını qoruyur”, - deyə Qeybulla vurğuladı.

P.S. ÜST də “Delta” ştammının daha təhülkəli olduğunu bəyan edir. COVID-19-un bu variantı bizdə də aşkarlanır, insanlar narahatdırlar, gözlənilir ki, bununla bağlı suallara, şübhələrə aydınlıq gətiriləcək. Lakin suallara cavab axtaran mətbuata belə, cavab verilmir, açıqlama vermək üçün vəzifələndirilmiş şəxslər çıxış yolunu səssizliyə çəkilməkdə görürlər.

Proqnozlara görə isə yenə xalq məsuliyyətsizlikdə ittiham ediləcək, sərt karantin rejimi elan ediləcək, qapanmalar olacaq. Nəticədə isə yenə aclıq, yoxsulluq, pozulmuş sinir sistemi, dörd divar arasında çarəsiz qalan, kiçik evlərdə havasızlıqdan boğulan insanlar...
 


Xəbəri paylaş

4678 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___