Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
54 COVID-19 xəstəsinin öldüyü xəstəxanada YANĞIN - Səhiyyə naziri İSTEFA VERDİ
Tarix: 13-07-2021 | Saat: 10:51
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

54 COVID-19 xəstəsinin öldüyü xəstəxanada YANĞIN- Səhiyyə naziri İSTEFA VERDİ


Xəbər verdiyimiz kimi, İraqın Nəsiriyyə şəhərində koronavirusa yoluxan şəxslərin müalicə aldığı xəstəxanada yanğın baş verib.
Yanğın “İmam Hüseyn” adına xəstəxanada baş verib. Xəstələri oksigenlə təchiz edən balonun partlaması nəticəsində yanğın başlayıb.
Qeyd olunub ki, Di-kar əyalətinin Ən-Nasiriyyə şəhərində baş verən yanğın zamanı ölənlərin sayı 54-ə çatıb. Azı 70 pasiyent xilas edilib. 
Hadisə ilə əlaqədar Səddam ət-Tavil əyalətinin səhiyyə naziri istefa məktubunu təqdim edib. 
 
00:53
İraqın cənubundakı Di-Kar əyalətinin Ən-Nasiriyə şəhərində koronavirus xəstələri üçün nəzərdə tutulmuş xəstəxanada baş vermiş yanğın nəticəsində azı 30 nəfər ölüb.
Bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
Yanğın zamanı daha 20 nəfər xilas edilib.
İlkin məlumata görə, “İmam Hüseyn” xəstəxanasında baş vermiş yanğının səbəbi oksigen balonunun partlamasıdır. Hazırda onlarla insanın xəstəxanada köməksiz vəziyyətdə qaldığı bildirilir.
Bu, İraqda koronavirus xəstələri üçün nəzərdə tutulmuş tibb müəssisəsində baş vermiş ilk belə hadisə deyil. Bundan əvvəl aprelin 24-də Bağdaddakı İbn əl-Xətib xəstəxanasında baş vermiş yanğın nəticəsində 82 nəfər ölmüş, azı 110 nəfər xəsarət almışdı.


Xəbəri paylaş

4148 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___